"Bir qisim vətəndaş məktub yaza bilmir, bir qisim isə..." - Deputatdan MÜRACİƏT

"Bir qisim vətəndaş məktub yaza bilmir, bir qisim isə..." - Deputatdan MÜRACİƏT

"Hesabatda səslənən təkliflər həyata keçirilərsə, ölkədə şikayətlərin sayı bəlkə də 50 faiz azalmış olardı".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.

 

Onun sözlərinə görə, Ombudsmanın təkliflərinə ciddi yanaşılmalı və hər il ən azından bir neçəsi həllini tapmalıdır. 

 

"Ombudsmana 29 000 şikayət daxil olub. İnanın ki, bu edilməli olan şikayətlərin az bir hissəsidir. Bir çoxu məktub yaza bilmir, bir qisim vətəndaş necə müraciət edəcəyini bilmir, digər qisimin vəkil tanışı, məktub yaza biləni yoxdur. Bu o deməkdir ki, vətəndaşlara hüququ sahədə əlçatan xidmətlərin göstərilməsi böyük zərurətdir".

 

Deputat nəzərə çatdırıb ki, vətəndaşlara ölkəboyu pulsuz, hüquqi xidmətin göstərilməsi vacibdən də vacibdir və Ombudsman institutu bu vəzifəni yerinə yetirə bilər.

 

"Bunu nəzərə alaraq, Ombudsman instututuna bu missiyanı həyata keçirmək üçün lazımi maliyyə və digər resursların ayrılmasını təklif edirəm. Hər bir rayon və şəhərdə bir neçə nəfər hüquqşünasın işə götürülməsini təmin edəcək dərəcədə maliyyə vəsaitinin ayrılması vətəndaş məmuniyyətinin təmin edilməsini yardımçı olardı".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...

Aparıcının qızı xəstəxanalıq oldu - FOTO

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub.    Sfera.az xəbər verir ki, gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda...

Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?

Bir neçə gün öncə "Baksol" yolu ərazisində yolun çökməsi səbəbilə baş verən bədbəxt hadisə ilə bağlı aidiyyəti qurumlar açıqlama veriblər.   ...