Beş ölkə nüvə silahı toplayır - Üçüncü Dünya müharibəsi təhlükəsi artır

Beş ölkə nüvə silahı toplayır - Üçüncü Dünya müharibəsi təhlükəsi artır

Dünya miqyasında artan siyasi və hərbi gərginlik fonunda nüvə silahlanması yarışı yenidən sürətlənib. Son yayımlanan hesabatlara görə, Çin, Pakistan, Hindistan, İsrail və Şimali Koreya nüvə silah ehtiyatlarını gizli şəkildə artırır. 

 

Sfera.az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, Amerika Elm Adamları Federasiyasının (FAS) 2024-cü il hesabatına əsasən, bu beş ölkə son 40 ildə nüvə başlıqlarının sayını 700-dən çox artırıb. 

 

Ümumilikdə isə dünyada doqquz ölkənin nüvə arsenalında 12 121 nüvə başlığı olduğu bildirilib. Bu ehtiyatların 88%-i ABŞ və Rusiyanın nəzarətindədir. Rusiyanın 5 580, ABŞ-nin isə 5 044 nüvə başlığına sahib olduğu təxmin edilir. Digər başlıqların təxminən 1 500-ü Çin, Fransa, Böyük Britaniya, Hindistan, İsrail, Pakistan və Şimali Koreyanın arsenalında yer alıb. 

 

ABŞ, Rusiya və Çin nüvə silahlarının istehsalı və sınaqları ilə bağlı yeni addımlar atır. ABŞ hökuməti ötən ay gizli yeraltı obyektlərdə nüvə sınaq proqramlarını yenidən başladacağını açıqlayıb. Həmçinin, Rusiya və Çinin də nüvə obyektlərində yeni binalar inşa etdiyi bildirilir. ABŞ və Rusiya arasında silah nəzarəti ilə bağlı sonuncu böyük müqavilələrdən biri olan Yeni START Anlaşması çərçivəsində tərəflər nüvə arsenalı barədə məlumat paylaşmalı idi. Lakin hər iki ölkə 2024-cü ildən etibarən bu öhdəliyə əməl etməyi dayandırıb. Mütəxəssislər nüvə silahlarının dağıdıcı təsirləri barədə xəbərdarlıq edirlər. Miçiqan Texnologiya Universitetinin araşdırmasına görə, cəmi 100 nüvə başlığının istifadəsi belə qlobal fəlakətə səbəb ola bilər. 

 

Keçmişdə dünyada təxminən 70 300 nüvə başlığı mövcud idi. Ancaq Soyuq Müharibənin sona çatması və silah nəzarəti sazişləri nəticəsində bu say xeyli azalıb. Lakin son illərdə artan qlobal gərginliklər nüvə silahlanmasının yenidən sürətləndiyini göstərir. Mütəxəssislər bu tendensiyanın böyük miqyaslı hərbi münaqişə riskini artırdığı barədə xəbərdarlıq edirlər. 

 

Bəsti Rəfizadə


 


OXŞAR XƏBƏRLƏR

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacib...

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...

Aparıcının qızı xəstəxanalıq oldu - FOTO

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub.    Sfera.az xəbər verir ki, gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda...