Trampdan Maska ilk qadağa: “Kütləvi ixtisarlar olmamalıdır”

Trampdan Maska ilk qadağa: “Kütləvi ixtisarlar olmamalıdır”

ABŞ Prezidenti Donald Tramp, hökumətin Effektivlik Departamentinin (DOGE) rəhbəri İlon Maskın kadr siyasəti ilə bağlı müstəqil qərarlar vermək səlahiyyətinin olmadığını, yalnız departamentlərə tövsiyələr verə biləcəyini deyib. 


Sfera.az “Politico” nəşrinə istinadən xəbər verir ki, Tramp bunu Maskın özünün də iştirak etdiyi görüşdə dövlət departamentlərinin rəhbərlərinə deyib. 

 

Bu görüşün milyarderin kütləvi işçi ixtisarları və dövlət işçilərinə təhdid dalğasından sonra baş tutduğu, Trampın bu bəyanatının Maskın mandatının məhdudlaşdırılması istiqamətində ilk ciddi addım olduğu qeyd edilib. 

 

Tramp vurğulayıb ki, o, ixtisaslı mütəxəssislərin kütləvi şəkildə ixtisar edilməsini istəmir, onları hökumət aparatında saxlamağa çalışır. ABŞ prezidenti daha sonra “Tramp Truth” Social platformasında yazıb ki, bu cür görüşlər hər iki həftədən bir keçiriləcək:

 

"Nazirlər öz departamentlərində işləyən insanlar haqqında daha çox məlumat əldə etdikdə, kimin qalıb, kimin getdiyini daha dəqiq müəyyən edə biləcəklər. Biz baltadan yox, neştərdən istifadə edirik. Musk və digər görkəmli insanlarla birlikdə tarixi nəticələrə nail ola bilərik". 

 

Mask daha sonra Trampın mesajını yenidən dərc edərək görüşü “çox məhsuldar” adlandırıb. O, həmçinin yeni qaydalarla razılaşdığını bildirib. Milyarder DOGE-nin bəzi səhvlərə yol verdiyini etiraf edib. 

 

Nəşr qeyd edir ki, yeni sərəncamın işdən çıxarılan işçilərin işə qayıtmasına icazə verib-verməyəcəyi hələ məlum deyil. Bu vəziyyət DOGE ilə bağlı məhkəmə proseslərinə təsir edə bilər, çünki hakimlər ABŞ administrasiyasının federal hökumətin kadr ixtisarına kimin rəhbərlik etdiyini və bunda Maskın hansı rol oynadığını aydın şəkildə izah etməməsindən narazılıqlarını getdikcə daha çox ifadə edirlər. 

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...