Ramazanda ağız qoxusunun qarşısını belə alın


Ramazanda ağız qoxusunun qarşısını belə alın

Oruc tutan insanların qarşılaşdıqları problemlərdən biri ağız qoxusudur.

 

Sfera.az  xəbər verir ki, iftarla imsak arasında şəkərli qidaların qəbulu ən çox edilən səhvlərdən biridir. Bu zaman aralığında dişlərinizi fırçalamaq, təkcə fırçalamaq deyil, diş ipindən istifadə etmək, hətta yanaqlarınızın içini yumşaq bir fırça ilə təmizləmək son dərəcə vacibdir.

 

İftar və sahur arasında istehlak edilən qidaların seçimi ağız qoxusuna çox təsir edir. Yüksək protein və yağlı qidalar ağız qoxusuna səbəb olur.


Ramazanda ağız qoxusunun və diş sağlamlığı ilə bağlı problemlərin qarşısını almaq üçün dişlərinizi mütəmadi olaraq təmizləmək və yüngül qidalar seçmək çox mühümdür.

 

Oruc tutarkən ağız qoxusunun qarşısını necə almaq olar?


- İftardan sonra və xüsusilə sahurdan sonra dişlərinizi müntəzəm olaraq fırçalayın.
 

- Diş ipindən istifadə edin. Çünki qida və bakterial qalıqları təmizləyərək diş fırçasının çata bilmədiyi yerlərdə bakteriyaların artmasının qarşısını alır.
 

- Ramazanda soğan, sarımsaq kimi qidalardan çox istifadə etməyin. Bu qidaların qəbulu nəticəsində aromatik birləşmələr qana keçir və ağciyərlərdən xaric edilərkən ağız qoxusuna səbəb olur.
 

- Siqaret istehlakını azaldın. Siqaret ağızda quruluq və ağız qoxusuna səbəb olur. 

 

- Tərkibində ksilitol olan şəkərsiz saqqız çeynəyin. 


- Müvafiq qida və içkilərdə darçın istifadə edərək ağız bakteriyalarını azaldın.
 

- Şəkərli qidalardan uzaq durun. Bu növ qidalar ağız qoxusuna səbəb olan bakteriyalar üçün qida mənbəyidir.

 

- İftar və sahurda bol su için. Ağızda bakteriyaları minimuma endirir və tüpürcək ifrazını artıraraq ağız qoxusunu azaldır.


- Pomidor, xiyar, cəfəri və alma kimi tərkibində yüksək su olan tərəvəz və meyvələri istehlak edin. (qafqazinfo.az)


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...