Qohumu nazirə meydan oxuyur- Əlyunis Mütəllimovun Kürdəmir məcaraları

Qohumu nazirə meydan oxuyur- Əlyunis Mütəllimovun Kürdəmir məcaraları
Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir şöbəsilə bağlı redaksiyamıza müraciət daxil olub. Rayonun bir qrup sakini tərəfindən göndərilən müraciətdə DSMF-da baş verən qanun pozuntuları haqda məlumatlar əksini tapıb. 

Tərəfdar.az-a ünvanlanan məktubda qeyd edilir: "Şikayətimiz Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsində baş alıb gedən korrupsiya ilə bağlıdır. DSMF-nin Kürdəmir rayon şöbəsinin hər bir əməkdaşı, necə deyərlər, vətəndaşları talamaqla məşğuldur. Xüsusən də bu hal nazirə (əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov-red.) yaxın qohum olduğu bildirilən Əlyunis Mütəllimovun müdir təyin olunmasından sonra daha da geniş vüsət alıb. Fondun sosial müavinətlər üzrə işçisi Ramin Mürsəlov sosial müavinətlərin təyinatına görə vətəndaşlardan məcburi qaydada rüşvət alır, adın da qoyub "şirinlik”. Həmiçinin də öz vəzifəsinin öhdəsindən gələ bilmir və nazirliyə verdiyi rüşvət qarşılığında həmin postu tutub. Hər cür müavinətlərin təyinatına görə vətəndaşlardan pul dilənməklə məşğuldur. Bütün sakinləri süründürür, incidir”. 

Məktub müəlliflərinin sözlərinə görə, R.Mürsəlovun narazı vətəndaşlara sözü bu olur: "Məni bura nazirlik təyin edib, get hara deyirsən de": "Aidiyyatı vəzifəli şəxslərə üzümüzü tutub deyirik: Bunlar kimdir axı vətəndaşları belə incidir? Ölkə başçısı cənab İlham Əliyev vurğulayıb ki, "məmur xalqın xidmətçisidir". Amma əməldən görünür ki, cənab Prezidentin bu sözü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbədə işləyən məmurları üçün keçərsizdir. Ramin Mürsəlov barəsində təcili ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini biz Kürdəmir sakinləri tələb edirik. Fondun digər işçilərindən Hamil Hidayətov və Şahin İsmiyev özbaşınalıqlarını davam etdirirlər. Ünvanlı sosial yardım üzrə məsul şəxs olan Hidayətov Hamil sosial yardım almaq istəyən vətəndaşların sənədini elektron sistemə (VEMTAS-a) daxil etməyin müqabilində vətəndaşlardan 500-1000 (beş yüz - min) manat rüşvət tələb etdiyi bildirilir. İsmiyev Şahin dövlət sosial sığorta şəhadətnamələrini vətəndaşlara pulla satır. Və həmçinin vətəndaşlarla münasibətdə etikanı pozur. Pensiya təyinatında qanunsuzluq , korrupsiya hökm sürür. Yaşa görə və əlilliyə görə müvafiq staja sahib olmayan şəxslərdən 2000 - 3000 manat məbləğində rüşvət alıb pensiya təyinatı aparırlar. Fondun əməkdaşları çoxlu sayda vətəndaşların plastik kartlarına sahibdirlər. Həmçinin fondun işçiləri bahalı avtomobillərə və bir neçə yerdə əmlaka sahibdirlər. Aidiyyatı orqanlara sual veririk: Dövlət qulluqçusu aldığı təxminən 250-300 manat əmək haqqı müqabilində bu qədər əmlaka necə sahib olublar? Təcili olaraq fondun adı çəkilən işçiləri və digər işçiləri barədə ciddi tədbirlərin görülməsini tələb edirik . DSMF-nin Kürdəmir rayon şöbəsində anarxiya, korrupsiya tüğyan eləyir. Və bu da günü - gündən inkişaf edən ölkəmizin sosial siyasətinə qara ləkə salır”. 

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Tərəfdar.az

OXŞAR XƏBƏRLƏR

Elşad Miridən deputata cavab: "Belə deməz..."

Bir neçə gündür, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov, ilahiyyatçı-psixoloq Fazil Əhmədin dinşünas Elşad Miri ilə ...

Azərbaycanda qadağan edilmiş dini qruplar - SƏBƏBLƏR

Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində bir sıra dini təşkilatların fəaliyyəti rəsmi olaraq qadağan edilib. Bu qərarlar təhlükə...

Prezident Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda "İsmikhanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyud...

Süni intellekt proqramı tibb imtahanından uğurla keçib - Yenilik

Yaponiyada hökumətə bağlı Milli İnformasiya İnstitutunun (NII) rəhbərliyi ilə fəaliyyət göstərən tədqiqatçılar milli tibbi lisenziya imtahanını uğurla keçə bilə...

“Növbəti pandemiya artıq aramızdadır” - Quammendən xəbərdarlıq

Dünyanı sarsıdan COVİD-19 pandemiyasının yaranacağını illər əvvəl proqnozlaşdıra bilən tanınmış elmi yazıçı David Quammen növbəti pandemiya ilə bağlı ciddi xəbə...

Əkrəm İmamoğluna görə daha 18 nəfər həbs edildi

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “korrupsiya” və “rüşvətxorluq” istintaqı çərçivəsində daha 18 nəfər həbs edilib.&...