ABŞ bəzi əcnəbi tələbələri deport edəcək - Yeni araşdırma başlanılıb

ABŞ bəzi əcnəbi tələbələri deport edəcək - Yeni araşdırma başlanılıb

ABŞ-nin Dövlət Katibi Marko Rubio HƏMAS-ı dəstəkləyən xarici tələbələrin vizalarını ləğv edəcəklərini bildirib. 


Sfera.az "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə Mark Rubio “X” sosial media platformasında paylaşım edib. 

 

Mark Rubio HƏMAS-ı “terror təşkilatı” kimi xarakterizə edərək deyib:

 

“Terror təşkilatlarını dəstəkləyən şəxslər milli təhlükəsizliyimizə təhdiddir. ABŞ terrorçuları dəstəkləyən xarici ziyarətçilərə qarşı sıfır tolerantlıq prinsipinə malikdir”. 

 

O vurğulayıb ki, xarici tələbələr də daxil olmaqla, ABŞ qanunlarını pozanlar viza rəddi, ləğvi və ya deportasiya ilə üzləşə bilərlər. 

 

ABŞ Dövlət Departamentində adının açıqlanmasını istəməyən yüksək səviyyəli rəsmilər bu məsələdə Rubionun xüsusi araşdırma aparacağını qeyd ediblər. Keçmiş ABŞ prezidenti Co Bayden administrasiyasının bu məsələni görməzdən gəldiyini və heç kimin vizasının ləğv edilmədiyini iddia edən rəsmilər, Rubionun ABŞ qanunlarını pozan xarici tələbələrin vizalarını ləğv etmək üçün süni intellekt dəstəkli bir iş aparacağını bildiriblər. 

 

“Yaxala və ləğv et” adlı bu araşdırma çərçivəsində on minlərlə xarici tələbənin sosial media hesabları süni intellekt vasitəsilə yoxlanılacaq. Bu prosesdə 7 oktyabr 2023-cü ildə baş verən hadisələrə dair HƏMAS-a dəstək ifadələri axtarılacaq. Rəsmilər həmçinin İsrail əleyhinə keçirilən etiraz aksiyalarına dair xəbərlərin və yəhudi tələbələr tərəfindən açılan məhkəmə işlərinin də araşdırılacağını bildiriblər. 

 

ABŞ Prezidenti Donald Tramp isə 30 yanvar tarixində Fələstinə dəstək aksiyalarında iştirak edən tələbələrin deportasiyasına yol aça biləcək “antisemitizmlə mübarizə” mövzusunda prezident fərmanı imzalayıb. 

 

Bəsti Rəfizadə
 


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...