Avro bahalaşır - Son dörd ayın rekordu yenilənib

Avro bahalaşır - Son dörd ayın rekordu yenilənib

ABŞ-nin başlatdığı ticarət müharibələri fonunda avronun bahalaşması müşahidə edilir. 

 

İyirmi ölkənin istifadə etdiyi valyutanın ABŞ dollarına qarşı məzənnəsi bu gün 1,082 həddinə çatıb. Son ayyarımda avronun dollara qarşı 4 faizdən çox bahalaşması qeydə alınıb. 2025-ci ilin yanvarın 13-də bir avro 1,04 dollar idi. 

 

Sfera.az bildirir ki, avronun bahalaşmasını birja analitikləri ticarət müharibələrinin başlaması, Avropa Mərkəzi Bankının faiz dərəcələrini endirməsi və ABŞ iqtisadiyyatı ilə bağlı bədbinliyin artması ilə izah edirlər. Proqnozlara əsasən, Donald Trampın yeni gömrük rüsumu siyasəti ABŞ-nin xarici ticarət vəziyyətinə mənfi təsir göstərəcək və bu, ümumən real sektora və maliyyə bazarlarına mənfi təsir göstərəcək. 

ABŞ iqtisadiyyatı haqqında bədbin proqnozlar dolayısı ilə avronun məzənnə dəyərinin yüksəlməsinə səbəb olur. Hazırda avro dollar qarşısında son 4 ayın ən yüksək məzənnə dəyərinə sahibdir. Analitiklər mövcuz vəziyyətdə avtonun daha da bahalaşma imkanlarının qaldığını düşünürlər. 

 

Son günlərdə avronun bahalaşması Azərbaycanda da hiss olunur. Mərkəzi Bankın rəsmi məzənnələrlə bağlı açıqladığı məlumatlardan görünür ki, son ayyarımda bir avro 1,736 manatdan 1,838 manata qədər yüksəlib. 

 

Kommersiya banklarında isə avronun satış qiyməti daha yüksəkdir. İri banklarda bir avronu 1,86-1,87 manata almaq olur. 
Vasif


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...