Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı


Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı

“Statcounter” beynəlxalq şirkəti Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələrin statistikasını təqdim edib. Belə ki, 2025-ci ilin fevralında İnstaqramın Azərbaycanın sosial şəbəkə bazarındakı bütün cihazlar üzrə payı (kompüterlər, mobil cihazlar və planşetlər) 41,25 faiz təşkil edib.

 

Sfera.az “Statcounter”ə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə 5,2 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 9,24 faiz çoxdur.

 

İkinci yerdə qərarlaşmış Feysbuk şəbəkəsinin payı bir ay ərzində 4,17 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 5,42 faiz azalaraq 21,65 faiz təşkil edib. Siyahıda üçüncü yeri tutmuş “Pinterest”in payı fevral ayında 1,3 faiz, illik müqayisədə isə 2,8 faiz artaraq 17,44 faiz təşkil edib. Yutub isə dördüncü yerdə qərarlaşıb. Onun bazar payı son bir ayda 1,95 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4,07 faiz azalaraq 11,43 faiz təşkil edib.

 

İlk beşliyi sonunda isə 4,04 faiz bazar payı ilə X (keçmiş Tvitter) qərarlaşıb. Bu sosial şəbəkənin populyarlığı son bir ayda 1,01 faiz, son bir ildə isə 2,41 faiz azalıb.


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...