Bakı metrosunda nasazlıq - Qatarlar gecikdi

Bakı metrosunda nasazlıq - Qatarlar gecikdi

“28 May” stansiyasında “Dərnəgül-Əhmədli” marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranıb.

 

Bu barədə Sfera.az-a “Bakı Metropoliteni”QSC-dən məlumat verilib.

 

Bildirilib ki, nasazlığa görə sərnişinlər düşürülüb və qatar “Nərimanov” elektrik deposuna göndərilib.

 

Əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb:

 

“Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik”.


OXŞAR XƏBƏRLƏR