"Bu gün ailə qurub, sabah boşanırlar" - Deputat

"Bu gün ailə qurub, sabah boşanırlar" - Deputat

Azərbaycanda bir neçə ildir Aliment Fondunun yaradılması ilə bağlı təkliflər irəli sürülür. Bu günlərdə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında məsələ ətrafında müzakirələr olub. Bir neçə deputat çıxışında qeyd edib ki, bu fond elə formada yaradılmalıdır ki, saxta boşanmaların sayı artmasın. 

 

Aliment Fondunun yaradılması bu sahədə olan problemləri həll edə bilərmi?

 

Milli Məclisin deputatı Ceyhun Məmmdov "Unikal"a açıqlamasında bildirib ki, bu məsələ uzun müddətdir cəmiyyətdə geniş müzakirə olunur. Onun sözlərinə görə, Aliment Fondunun yaradılması bu məsələdən çıxış yolu deyil:

 

"Bizim bəzi həmkarlarımız da bu məsələyə reaksiya verdilər. Cəmiyyətdə müxtəlif yanaşmalar və baxışlar oldu. Ona görə bu məsələ ilə bağlı ciddi düşünməliyik. Hesab edirəm ki, ən önəmli məsələlərdən biri cəmiyyətdə ailənin önəmi, ailə institutunun rolu, onun cəmiyyətdəki proseslərə təsiri və digər istiqamətlərdə maarifləndirmə işlərinin aparılmasıdır. Gənclərin bəziləri ailənin əhəmiyyətini anlamırlar. Bu gün ailə qurub, sabah boşanırlar. Bu da əlavə problem yaradır. Bu məsələyə cəmiyyət müxtəlif reaksiyalar versə də, bu fondun yaradılması məsələni həll edəcək? Düşünürəm ki, xeyr. Əlavə problemlər yarada bilər. Ona görə ciddi düşünüb qərar qəbul etmək lazımdır".

 

Son illər boşanmaların sayının artmasına gəlincə, deputat boşanmaların artmasının ciddi problem olduğunu qeyd edib: "Həqiqətən narahatedici vəziyyətdir. Cəmiyyətdə sürətli formada gedir. Düşünürəm ki, baş verən deqradasiyanın, mənəvi aşınmanın cəmiyyətdəki proseslərə ciddi təsiri var. Ona görə bu məsələdə həmin məqamı nəzərə almalıyıq. Gənclər şüurlu şəkildə nikaha daxil olmalıdırlar. Onlara izah olunmalıdır ki, ailə nə üçündür. Necə gəldi ailə qurmalı deyillər".

 


OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə &...

Azərbaycanda qadınların pensiya yaşı 6 ay artırılır - Bu tarixdən

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qa...

Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır

Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Sosi...

“Quska” ilə bağlı qərar verildi

Keçmiş deputat Hüseyn Abdullayevlə bağlı 9 illik yeni həbs cəzasını nəzərdə tutan hökm qanuni qüvvəyə minib.   Sfera.az bildirir ki, “Qafqazinf...

FHN: Ötən həftə ərzində 869 yanğına çıxış olub, 6 nəfərin meyiti tapılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

KTMT-nin iclası Mirzoyansız başladı

Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb.   Sfera.az xəbər verir k...