Ukrayna ABŞ ilə danışıqlara başladı - Yeni silahlar alınacaq

Ukrayna ABŞ ilə danışıqlara başladı - Yeni silahlar alınacaq

Rəsmi Kiyev və Vaşinqton yeni silah təchizatlarını, o cümlədən “Patriot” raketlərinin alınmasını müzakirə edir. 

 

Sfera.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib. 

 

“Ən çox maraqlandığımız məsələ “Patriot” sistemləri üçün raketlərin alınmasıdır, çünki bu, əhalinin və kritik infrastrukturun müdafiəsi məsələsidir”, - deyən Podolyak digər silah növlərinin də vacib əhəmiyyət kəsb etdiyini söylədi:

 

“Bu razılaşmalar hazırda masadadır və müzakirə olunur. Mövcud hərbi yardımların əksəriyyəti tamamlanmaq üzrədir və Ukrayna ilə ABŞ-nin müzakirələrə başlamaqdan başqa yolu olmayacaq”. 

 

Xatırladaq ki, bir müddət əvvəl Pentaqon Ukraynaya bütün növ hərbi yardımların göndərilməsini dayandırdığını təsdiqləyib. Pentaqondakı mənbə əlavə edib ki, bu təchizat dayandırılmasına, artıq Ukraynaya doğru yola düşən silahlar da daxildir. 

 

Bəsti Rəfizadə
 


OXŞAR XƏBƏRLƏR

Yevlaxda ağır qəza: 66 yaşlı qadın həlak oldu

Yevlaxda minik avtomobilinin motobloka çırpılması nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1951-ci il təvəllüd...

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə &...

Azərbaycanda qadınların pensiya yaşı 6 ay artırılır - Bu tarixdən

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qa...

Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır

Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Sosi...

“Quska” ilə bağlı qərar verildi

Keçmiş deputat Hüseyn Abdullayevlə bağlı 9 illik yeni həbs cəzasını nəzərdə tutan hökm qanuni qüvvəyə minib.   Sfera.az bildirir ki, “Qafqazinf...

FHN: Ötən həftə ərzində 869 yanğına çıxış olub, 6 nəfərin meyiti tapılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...