Şamaxıda Yezid məmurlar peyda olub: icra başçısı suyu camaata pulla satdırır- Foto

Şamaxıda Yezid məmurlar peyda olub: icra başçısı suyu camaata pulla satdırır- Foto
Şamaxının Əngəxaran kənd camaatı içməli su çatışmazlığından şikayətlənir 

Bu haqda 24saat.org-a kənd sakinləri məlumat verib.

Həmçinin rayon mərkəzində dörd bir tərəfində qaynama bulaqlar olan Şamaxıda da illərdir su tapılmır. İçməli suya həsrət qalan sakinlər bir neçə ildir çəkilməkdə olan yeni su xəttinin açılışını səbirsizliklə gözləsə də, hələ bir xəbər yoxdur.

Camaatın qabları qapılarının ağzındadır. Gözləyirlər ki, su maşını gəlsin, qabları doldursunlar. Su maşını gəlməsə, sakinlər məcburdurlar ki, su qablarını əllərinə alıb harada su varsa, harada quyu varsa oradan su götürməyə getsinlər. Əvvəllər əhali küçələrdəki bulaqlardan su daşıyırdı. 10 il olar ki, o bulaqların da suyu quruyub. Hazırda sakinlərin su ehtiyatını bu cür su maşınları qarşılayır.

Şamaxının Əngəxaran kəndindən gətirilən içməli su sakinlərə litri 1 qəpiyə satılır. Yeni su xətləri çəkilərkən evlərə sayğaclar da quraşdırılıb. Amma nə su var, nə də sayğac fırlanır.

Sakinlərin ikinci su mənbəyi isə şəhərin çıxışında yerləşən Musa bulağıdır. Günün istənilən saatında burada insanlar avtomobillərlə növbədə olur. Şəhərin müxtəlif ərazilərindən gələn sakinlər iki qab su əldə etmək üçün saatlarca növbə gözləyir.

24saat.org xəbər verir ki, son illər dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafını təmin etmək üçün büdcədən milyonlarla vəsait ayrılıb. Bu sahədə dinamik inkişafı təmin etmək üçün xüsusi dövlət proqramları qəbul edilib.

Ölkənin mühüm kənd təsərrüfatı mərkəzlərindən olan, zəngin turizm imkanlarına malik Şamaxının müasir tələblərə cavab verən iqtisadiyyata, sosial inkişafına nail olması üçün də iri məbləğli ayırmalar olub.

Lakin, Şamaxının "sürətli inkişafı” bir neçə mərkəzi küçədən ibarətdir. Şəhərin mərkəzi küçəsi və İcra Hakimiyyətinin yerləşdiyi əraziləri çıxsaq Şamaxının digər küçələri "müharibə şəraitini” xatırladır.

Şamaxı həm də "respublika əhəmiyyətli” torpaq bazarına çevrilib. Səfalı təbiəti ilə ilin bütün fəsillərində göz oxşayan rayonun əlverişli bütün əraziləri satışa çıxarılıb.

Avaxıl ətrafında yerləşən meşələr, mənzərəli ərazilər qarış-qarış imkanlı oliqarxlara, məmurlara satılıb. Dolanışığı əsasən kənd təsərrüfatından çıxan rayon sakinlərin isə artıq torpaqsız qalmaq təhlükəsi ilə üz-üzə qalıblar.

Asif Ağayevin "çəpərləmə” siyasəti Avaxıl, Çuxuryurd və digər dağlıq kəndlərdə yaşayanları mühasirə vəziyyətinə salıb.

Kəndlilər artıq mal-qaralarını otarmağa belə yer tapmırlar. Buralarda satılması mümkün olan bütün ərazilər satıldığı üçün növbə örüş sahələrinə çatıb.

Artıq Asif Ağayevin "aqrar siyasəti” rayonda kənd təsərrüfatının tənəzzülünə səbəb olub. Rayona ayrılan subsidiyaların xərclənməsində müşahidə olunan müəmmalı rəqəmlərlə reallıq qətiyyən üst-üstə düşmür.

OXŞAR XƏBƏRLƏR

Baş nazir sərəncam imzaladı

“2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin müvafiq sərəncamının icrasın...

Elşad Miridən deputata cavab: "Belə deməz..."

Bir neçə gündür, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov, ilahiyyatçı-psixoloq Fazil Əhmədin dinşünas Elşad Miri ilə ...

Azərbaycanda qadağan edilmiş dini qruplar - SƏBƏBLƏR

Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində bir sıra dini təşkilatların fəaliyyəti rəsmi olaraq qadağan edilib. Bu qərarlar təhlükə...

Prezident Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda "İsmikhanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyud...

Süni intellekt proqramı tibb imtahanından uğurla keçib - Yenilik

Yaponiyada hökumətə bağlı Milli İnformasiya İnstitutunun (NII) rəhbərliyi ilə fəaliyyət göstərən tədqiqatçılar milli tibbi lisenziya imtahanını uğurla keçə bilə...

“Növbəti pandemiya artıq aramızdadır” - Quammendən xəbərdarlıq

Dünyanı sarsıdan COVİD-19 pandemiyasının yaranacağını illər əvvəl proqnozlaşdıra bilən tanınmış elmi yazıçı David Quammen növbəti pandemiya ilə bağlı ciddi xəbə...