Kanada məşhur ABŞ içkisinin adını dəyişdi - Səssiz ETİRAZ

Kanada məşhur ABŞ içkisinin adını dəyişdi - Səssiz ETİRAZ

ABŞ Prezidenti Donald Trampın Kanada mallarına tətbiq etdiyi gömrük vergiləri və ölkənin “51-ci əyalət” olmasına dair çağırışları sonrası Kanadada başlayan etirazlar daha sükutlu bir aksiya formasına çevrilib.

 

Sfera.az “CNN Türk” saytına istinadən xəbər verir ki, Kanadada bəzi kafe və iş yerləri, Americano adlı içkinin adını “Canadiano” olaraq dəyişdirərək ABŞ məhsullarına qarşı boykot başladıb. 

 

Xatırladaq ki,  ABŞ Prezidenti Donald Tramp Kanada, Çin və Meksikadan idxal edilən mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında fərman imzalayıb.

 

Fərmana əsasən Kanada və Meksikadan idxal olunan mallara 25%, Çindən gətirilən mallara isə 10% rüsum tətbiq edilir. Digər tərəfdən benzin və soba yanacağının qiymətlərində artım ehtimalını minimuma endirmək üçün Kanadadan enerji idxalına tariflər 10 faiz azaldılıb.

 

Donald Tramp qeyri-qanuni mühacirlərin və narkotiklərin yaratdığı ciddi təhlükə səbəbindən Kanada, Çin və Meksikadan gələn mallara rüsum tətbiq etmək qərarına gəldiyini bildirib.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...