Azərbaycan turistlər üçün ən cəlbedici ölkələrin reytinqində

Azərbaycan turistlər üçün ən cəlbedici ölkələrin reytinqində

Azərbaycan ABŞ-ın "Huffington Post" nəşrinin versiyasına görə, 2017-ci ildə turistlər üçün cəlbedici məkanların reytinqinə daxil olub.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, nəşr Xəzər dənizinin sahilində, İran və Rusiya arasında yerləşdiyini qeyd etdiyi Azərbaycanı "əl dəyilməyən yer" adlandırıb.

"Huffington Post" Azərbaycana səfərə paytaxt Bakıya, qədim memarlığın nadir nümunəsi kimi YUNESKO-nun Dünya İrsi siyahısına düşən İçərişəhərə getməklə başlamağı məsləhət görüb. Nəşr bu gün Bakının qədim memarlıq nümunələri ilə Xəzər dənizinin sahilində parlaqlıq yaradan XXI əsrin qalalarını özündə cəmləşdirdiyini qeyd edib.

Nəşr Hökumət Evinin Azərbaycan paytaxtında çoxsaylı əhəmiyyətli tarixi abidələrdən biri olduğunu vurğulayıb. "Bakıda həmçinin xeyli sayda muzey, teatr, kitabxana, opera var".

"Huffington Post" məşhur Xınalıq kəndinə xüsusi diqqət yönəldərək riskli səyahət axtarışında olan turistlər üçün buranın ideal məkan olacağını bildirib.

Nəşrin məlumatına görə, 2017-ci ildə turistlər üçün digər maraqlı məkanlar Cənubi Koreya, Mavritaniya, Qazaxıstan, Kipr, Latviya, Ekvador və başqa ölkələrdir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadağan edilmiş dini qruplar - SƏBƏBLƏR

Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində bir sıra dini təşkilatların fəaliyyəti rəsmi olaraq qadağan edilib. Bu qərarlar təhlükə...

Prezident Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda "İsmikhanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyud...

Süni intellekt proqramı tibb imtahanından uğurla keçib - Yenilik

Yaponiyada hökumətə bağlı Milli İnformasiya İnstitutunun (NII) rəhbərliyi ilə fəaliyyət göstərən tədqiqatçılar milli tibbi lisenziya imtahanını uğurla keçə bilə...

“Növbəti pandemiya artıq aramızdadır” - Quammendən xəbərdarlıq

Dünyanı sarsıdan COVİD-19 pandemiyasının yaranacağını illər əvvəl proqnozlaşdıra bilən tanınmış elmi yazıçı David Quammen növbəti pandemiya ilə bağlı ciddi xəbə...

Əkrəm İmamoğluna görə daha 18 nəfər həbs edildi

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “korrupsiya” və “rüşvətxorluq” istintaqı çərçivəsində daha 18 nəfər həbs edilib.&...

Tramp: "Çin 145% gömrük rüsumu tətbiq edəcək"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Çin Vaşinqtona 145%-lik gömrük rüsumları tətbiq etməyə layiqdir.    Sfera.az xəbər verir ki, o, bu fi...