Makron qorxuya düşdü - Fransızları nə təlaşlandırır?

Makron qorxuya düşdü - Fransızları nə təlaşlandırır?

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynada dayanmayacağını və Avropa üçün təhdidə çevrildiyini deyib. O, Fransanın avropalı müttəfiqləri ilə işləmək marağında olduğunu açıqlayıb. 

 

Maraqlıdır, Fransa prezidentinin təşvişə düşməsi əsaslıdırmı? 

 

Həmçinin, “Avropanın gələcəyinə Vaşinqtonda və Moskvada qərar verilməməlidir” bəyanatı Fransa və digər ölkələrin yeni müdafiə təşəbbüslərinə səbəb ola bilərmi?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu fransızların Napoleonun ruslar tərəfindən məğlubiyyətə uğradılmasını unuda bilmədiyini bildirib:

 

 

“Bu səbəbdən fransızlarda rusofobiya var. Hər bir rus əsgərini Napoleonu yenən qəhrəman kimi görürlər və buna görə Rusiyadan qorxurlar. Şübhəsiz ki, Makron da fransız olduğuna görə şüuraltı yaddaşında bu fobiyanı yaşayır. Ona görə də həyəcan təbili çalır və gerçəkləşdirilməsi çətin olan fikirlər səsləndirməklə öz qorxusunu yenmiş olur. İkinci məsələ də ondan ibarətdir ki, Hitler ən asan qələbəni bir həftə ərzində fransızlar üzərində əldə edib. Fransızlar savaşmağı bacarmadıqları üçün melefobiyaları var. Bəs nə zaman fransız əsgəri qalib gəlir? Qarşısındakı ondan qat-qat zəif olduqda və uzaqdan tətbiq olunan hərbi sənaye vasitələri ilə başqa xalqların ərazilərini işğal etdikdə. Çünki burada birbaşa döyüş olmur. Fransızlar yalnız hərbi sənayenin arxasında gizlənib “qəhrəman” olurlar, amma bu qalibiyyət çox qəddar və faciəvi olur. Buna görə də Makron fransız olaraq natamamlıq kompleksi içərisindədir”.

 

Onun sözlərinə görə, hazırkı münasibətlərə gəldikdə Makron hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl də deyirdi ki, “NATO beyin ölümü keçirir”. Ona Avropa qoşunları lazımdır:

 

“İndi də bu fikirlərini təkrarlayır. Fransız olaraq avrosentrik düşüncədədir. Amma Fransa Avropada tək olmadığı üçün Avropanın başqa ölkələrinin də maraqlarını və siyasi mövqeyini nəzərə almadan bunları deyir. Məsələn, Böyük Britaniyanın siyasi mövqeyi nəzərə alınmadan Avropada təhlükəsizliyi necə qurmaq olar? Buna görə də Şarl de Qoll vaxtilə ümumiyyətlə Böyük Britaniyanın Avropaya aid olmadığını bildirmiş və onu Avropa İttifaqında görmək istəməmişdi. Belə olan halda bu tarixi və müqayisəli təhlildən də göründüyü kimi, Vaşinqton Avropa üzərində istədiyi müddətdə qərarlar qəbul edə bilər. Nəticə etibarilə hətta bütün Avropa ölkələri bu gün birləşsələr belə, özləri üçün təhlükəsizlik təminatı qurub Vaşinqtonu qitənin o tayına göndərmələri uzun illər çəkəcək. Ancaq buna əlbəttə ki, Makronun siyasi ömrü çatmaz, çünki o, artıq tükənib. Formal olaraq prezidentlik müddətinin başa çatmasını gözləyir".

 

Deputat həmçinin, Avropanın taleyi və Rusiya ilə mümkün qarşıdurmadan da bəhs edib:

 

"Ona görə də bütün bu təşəbbüslər hələ real deyil. Çünki avropalılar təhlükəsizlikdən danışırlar, amma təhlükəsizliyi təmin etmək üçün pul xərcləmək istəmirlər. Məsələnin bir tərəfi ondan ibarətdir ki, əgər bunun maliyyə əsaslarını tapsalar, onda da Avropada sosial problemlər yarana bilər. İkincisi, Avropada əsgəri cərgəyə düzəcək kifayət qədər hərbçi yoxdur. Ona görə də bu fikirlər uzun müddət sadəcə fikir olaraq qalacaq. Yaxud da Avropanın, yəni “qoca qitənin” taleyi yenə də kənar ölkələrdən asılı olacaq. Hətta Rusiya-Ukrayna müharibəsinin gedişatında NATO-nun baş katibi Mark Rutten qeyd etmişdi ki, əgər Ukrayna məğlub olarsa, artıq Avropa rus dilini öyrənməyə hazırlaşmalıdır. Əlbəttə ki, bu sözlər hərbi güc hesablanaraq deyilib. Amma bu, o demək deyil ki, həqiqətən də Rusiya-Avropa İttifaqı qarşıdurması mümkündür. Çünki Rusiya özü də tükənib". 

 

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

Davranışlar gələcək nəsillərə ötürülə bilir - YENİ TƏDQİQAT

Elm adamları epigenetika sahəsində apardıqları son araşdırmalarda maraqlı nəticələr əldə ediblər.    Sfera.az xəbər verir ki, insanın qidalanma ...

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

İyulun 16-19-da, əsasən, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. &nb...

"Azər Türk Bank" birinci yarım ili yüksək göstəricilərlə başa vurdu

Dövlət bankı "Azər Türk Bank"ın 01 iyul 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2% artaraq, 1,9 milyard manat səviyyəs...

Türkiyənin hava məkanında REKORD GÖSTƏRİCİ

İyulun 13-də Türkiyə üzərindən 1745 tranzit uçuş baş tutub ki, bu da indiyədək qeydə alınmış rekord göstəricidir.     Sfera.az xəbər verir...

Renat Dadaşovun yeni komandası bəlli oldu

Futbol üzrə Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub.   Sfera.az xəbər verir ki, hücumçu Polşanın "Motor ...

Şəxsi məlumatları ələ keçirən dələduz həbs edildi - DİN

Vətəndaşların şəxsi məlumatları əsasında kütləvi maliyyə dələduzluğu, ayrı-ayrı şəxslərin bank hesablarına saxta sorğular verməklə pul vəsaitlərini talayan şəxs...