"Facebook" şəxsi videonuzu belə silə biləcək, əgər...


Bundan sonra "Facebook”a yüklənəcək videolara "YouTube”da olduğu kimi musiqilər üçün müəllif haqqının qorunması şərti gətiriləcək.
Sfera.az Milliyet.coma istinadən xəbər verir ki, "YouTube” tətbiq etdiyi yeni sistemlə videolar hələ yüklənməmiş müəllif hüquqlarını pozub pozmadığını təsbit edə bilir. Hətta video paylaşım saytı bu yaxınlarda ABŞ-da milyonlarla dollarlıq sahibsiz musiqilər üçün müəllif haqqları üçün Amerika Milli Musiqi Yayımçıları Dərnəyi (NMPA) ilə razılığa gəlib. İndi "facebook” da oxşar addım atamaq istəyir.
Musiqi yayımçıları "facebook”da yayınlanan musiqilər üçün ödəniş edilməsini və istifadəçilərin paylaşdıqları videonu sildirməyi istəyə biləcək. Yəni, öz çəkdiyimiz videonun fon musiqisinə görə belə video silinə bilər.
Musiqi yayımçıları bu il "Facebook”dan içində 33 mahnı olan 900-ə yaxın videonu sildiriblər. Bu videoların ümumilikdə 600 milyona qədər baxıldığı müəyyən edilib. Yeni sistem tamamlandıqdan sonra "Facebook” və musiqi studiyalarının necə davranacağı maraqla gözlənilir.



OXŞAR XƏBƏRLƏR