Yadplanetlilər qədim zamanlardan var-Fotolar

Yadplanetlilər qədim zamanlardan var-Fotolar
 
Bunu sübut edən bəzi əlyazmalar, əsərlər və rəsm əsərləri var

Ölkə.Az bu gün UNO-ların varlığını sübut edən orta əsr rəsmlərini və onlar haqqında məlumatı oxucularına təqdim edəcək.

Skeptiklərin iddiasına əsasən, "UNO fenomeni” dövrümüzün insanları tərəfindən uydurulub. Amma faktlar məsələyə başqa cür yanaşmağa sövq edir. Orta əsrlərdə artıq rəssamlar öz əsərlərində UNO təsvirlərindən istifadə edirdilər. Bu gün bəzi rəsmlərində UNO-ların təsvirlərini oxucularla bölüşəcəyik.

Bu rəsm "Madonna with Saint Giovannino” rəsmidir. Mənası Madonna və müqəddəs Covanni deməkdir. Əsər XV əsrdə rəssam Domeniko Girlandayo tərəfindən çəkilib. Sağda, Məryəmin çiyni üzərində disk formalı obyekt görünür. Aşağıda, təpənin üstündə yanında it olan adam dayanıb. Hər ikisi maraqla UNO-ya baxır.

Bu rəsm isə "The Baptism of Christ” adlanır. Mənası İsa Peyğəmbərin xaçsuyuna salınması deməkdir. Əsər 1710-cu ildə Flamandiya rəssamı Art de Gelder tərəfindən yaradılıb.Yuxarıda insanların üzərindən uçan UNO çəkilib. Uçan boşqabdan çıxan şüalar İohan və İsanın üzərinə düşür. Görəsən, rəssamı bu iki mövzunu birləşdirməyə nə vadar etmişdi?

Bu əsərin adı "Çarmıxa çəkilmə”dir. Yuqoslaviyanın Kosovo şəhərindəki "Visoki Deçani” monastrında yerləşir. 1350-ci ildə çəkilib. İsa Peyğəmbərin hər iki tərəfində uçan aparat və pilot var. Eyni zamanda uçan obyektlərin üzərinə ulduz çəkilib. Müasir dövrdə də təyyarələri fərqləndirmək üçün ulduz nişanından istifadə edirlər.

"The Annunciation with Saint Emidius” rəsm əsəri. 1486-cı ildə Karlo Krivelli tərəfindən çəkilib. Karlo 1430-1495-ci illər arasında yaşayıb. Əsər Britaniyanın paytaxtı Londonda Milli qalereyada saxlanılır. Disk şəkilli UNO işıqlarını birbaşa Məryəm ananın başına yönəldib. Bundan başqa, şüa binanın divarını deşərək keçir.

İtaliyada 1100-cü ildə "Santa Mariya Macore” kilsəsi inşa edilib. Kilsədə rəssam Bernardino di Bettonun rəsm əsəri var. Bernardino 1454-1513-cü illər arasında yaşayıb. Əsər "İl Pinturicchio” adlanır. Rəsm əsərində İsa Peyğəmbərin anadan olmasından bu yana həyatının üç mərhələsi təsvir edilib. Arxa planda çox güclü işıq yayan parlaq metal şar görünür. Bu günəş deyil. Çünki kölgələrə əsasən günəş şəkilə baxanın arxasındadır. Oybekt çox böyükdür.

Gürcüstanın Mtsxeta şəhərində "Svetitsxoveli” məbədi var. Bu həmin məbəddəki ikonadır. Çarmıxın sağında və solunda UNO-ya bənzəyən qəribə obyektlər var. Bu obyektlər dəqiq meduza deyil. Bəs nədir?



OXŞAR XƏBƏRLƏR

Elşad Miridən deputata cavab: "Belə deməz..."

Bir neçə gündür, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov, ilahiyyatçı-psixoloq Fazil Əhmədin dinşünas Elşad Miri ilə ...

Azərbaycanda qadağan edilmiş dini qruplar - SƏBƏBLƏR

Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində bir sıra dini təşkilatların fəaliyyəti rəsmi olaraq qadağan edilib. Bu qərarlar təhlükə...

Prezident Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda "İsmikhanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyud...

Süni intellekt proqramı tibb imtahanından uğurla keçib - Yenilik

Yaponiyada hökumətə bağlı Milli İnformasiya İnstitutunun (NII) rəhbərliyi ilə fəaliyyət göstərən tədqiqatçılar milli tibbi lisenziya imtahanını uğurla keçə bilə...

“Növbəti pandemiya artıq aramızdadır” - Quammendən xəbərdarlıq

Dünyanı sarsıdan COVİD-19 pandemiyasının yaranacağını illər əvvəl proqnozlaşdıra bilən tanınmış elmi yazıçı David Quammen növbəti pandemiya ilə bağlı ciddi xəbə...

Əkrəm İmamoğluna görə daha 18 nəfər həbs edildi

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “korrupsiya” və “rüşvətxorluq” istintaqı çərçivəsində daha 18 nəfər həbs edilib.&...