“Survivor”dan qayıdan kimi həbs olunacaq


“Survivor”dan qayıdan kimi həbs olunacaq

“Survivor” dedikdə ağıla ilk gələn məşhur simalardan biri olan Hikmet Tuğsuz bu dəfə haqqında səsləndirilən ittihamlarla gündəmə gəlib.

 

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tuğsuzun yarışın keçirildiyi Dominikan Respublikasından qayıdan kimi həbs olunacağı iddia olunur.

 

Məlumata görə, 2016-cı ildə iki bıçaqlama cinayətinə görə 12 il 16 ay həbs cəzası alan H. Tuğsuz 2023-cü ilin iyulun 31-də təcridxanaya göndərilib. O, müəyyən müddət sonra məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Lakin onun xaricə çıxışına qadağa qoyulduğu və həbs cəzasının 23 noyabr 2036-cı ilə qədər qüvvədə olduğu bildirilir.

 

Qeyd olunur ki, Tuğsuz azadlığa buraxıldıqdan sonra da dələduzluq və qəsdən adam öldürməyə cəhd cinayətlərinə qarışıb.

 

Barəsində ittiham aktı hazırlanarkən Dominikana gedən tanınmış sima haqqında fevralın 10-u Antalya Cümhuriyyət Baş Prokurorluğu tərəfindən həbs qərarı çıxarılıb. Bildirilir ki, o, Türkiyəyə qayıtdığı zaman həbs olunacaq.

 

Qeyd edək ki, Hikmet Tuğsuz daha öncə də “Survivor”da iştirak edib. İlk dəfə 2019-cu ildə bu yarışa qatılan Tuğsuz zədə səbəbindən mübarizədən kənarlaşdırılıb.

 



OXŞAR XƏBƏRLƏR

Hindistanla Çinin yaxınlaşmağı nə vəd edir? - AÇIQLAMA

Dehli Pekinlə münasibətləri normallaşdırmağa qərar verib. Halbuki, son illərdə münasibətlər son dərəcə gərginləşmişdi. İki ölkə arasındakı sərhədin dağlıq hissə...

Şəmkirdə avtomobil 69 yaşlı kişinin həyatına son qoydu

Şəmkirdə avtomobil piyadanın həyatına son qoyub.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. 20...

Tələbələrin köçürülməsi başladı

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olu...

“İki xərçəng növünə qarşı peyvənd var” – ÜST-ün rəsmisi

“Peyvəndlər bəşəriyyətin ən mühüm ixtiralarından biridir. Peyvəndlər sahəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Növbədə ləğv edilməli xəstəl...

Azərbaycanda kredit götürənlərin sayı kəskin çoxalıb - RƏQƏMLƏR

Son aylarda Azərbaycanda əhalinin kredit yükü ciddi şəkildə artıb. Rəsmi statistik göstəricilər göstərir ki, vətəndaşların bank və digər maliyyə institutlarında...

15 iyul – Ümumdünya Gənclərin Bacarıqları Günüdür

Hər il 15 iyul tarixində Ümumdünya Gənclərin Bacarıqları Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, BMT Baş Assambleyasının 2014-cü ildə qəbu...