Xarici valyuta depozitlərinə yüksək faizlər: Bankların məqsədi nədir?

Xarici valyuta depozitlərinə yüksək faizlər: Bankların məqsədi nədir?

 

Azərbaycandakı banklarda əmanətlər manatla maksimum 12 faizlə, xarici valyutada 2,5 faizlə qoyulanda sığortalanırdı. Bir neçə aydır ki, banklar xarici valyutada olan əmaanətlərə daha yüksək faizlər təklif edirlər. Xarici valyuta əmanətlərə 3-4, hətta 4,5 faiz təklif edir.

 

Manatla olan əmanətlərin isə banklar maksimum sığorta faizindən, yəni 12 faizdən yüksək faiz təklifi yoxdur.

 

Maraqlıdır, banklar niyə xarici valyutada olan əmanətlərə belə yüksək faizlər təklif etməyə başlayıb? Burada məqsəd nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, depozit faizlərinin yüksək olması kredit faizlərinin də artmasına təsir edir. Belə ki, bank pulu daha baha götürdüyü üçün baha qiymətə də satır.

 

Onun sözlərinə görə, bunu Mərkəzi Bank məcburi ehtiyac normalarını artırmaqla bilərək edib və artımın bir neçə səbəbi var:

 

“Bu səbəblərdən biri inflyasiya ilə mübarizədir. Faizlər insanların daha az kredit götürməsi üçün artırıldı. Digər tərəfdən, bu artım rəqabətliliyi də gücləndirəcək. Belə ki, böyük banklar pulu ucuz alıb baha sata bilirdisə, kiçik banklar bunu edə bilmirdi. Faiz dərəcələrinin bütün banklar üzrə artırılması böyük bankların da xərclərini çoxaldacaq. Həmçinin, bu addım maliyyə sabitliliyinin pozulmaması üçün atılıb. Banklar cəlb etdiyi bütün pulların 20-25 faizini Mərkəzi Bankda saxlamalıdır. Əvvəllər bu faiz 0.5-1 arasında dəyişirdi. Faizin artması onların pullarını azaltdığı üçün depozit faizlərininin artmasına gətirib çıxardı”.

 

Ekspert qeyd edib ki, burada əsas məsələ pulun sığortalanıb-sığortalanmamasıdır:

 

“Manat depoziti 12 fazidən yuxarı ola bilər, lakin onlar sığortalanmır. Hökümət milli valyutada 12, xaricidə isə 2.5 faiz dərəcəsinə qədər məbləği sığortalayır. Bu səbəbdən vətəndaş düşünür ki, pulunu 13 faiz sığortalanma olmadan qoymaqdansa, 12 faiz olaraq sığortalanan depozitə qoysun. Əmanətlərin Sığortalaması Fondu sığortalı əmanətlərin faizini 15-ə qaldırsa, banklar da depozit dərəcəsini bu həddə çatdıra bilər. Xarici valyutada isə vəziyyət başqadır. Dünyada dolların sabit gəlir gətirən, etibarlı şirkətlərin istiqrazları var. Banklar rahat şəkildə 3.5-4 faizə aldığının üzərinə 1 faiz də qoya bilir. Bu səbəbdən banklar xarici valyuta cəlb etmək istəyir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İsrail Fransaya "borclu qalmadı": Deputatların vizaları ləğv olundu

Fransanın solçu parlament üzvlərindən ibarət nümayəndə heyətinin İsrailə səfər etmək cəhdləri baş tutmayıb. İsrail hökuməti solçuların vizalarını ləğv edərək on...

Aşıq Namiq ağır qəza TÖRƏTDİ – VİDEO

Aşıq Namiq Fərhadoğlu qəza törədib.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi “İnstagram” hesabında paylaşım edib.   H...

Məmməd Abbasbəyliyə yüksək VƏZİFƏ VERİLDİ

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin keçmiş rəhbəri Məmməd Abbasbəyliyə iqtisadiyyat nazirinin müşaviri vəzifəsinin müvəqqə...

Bu gün yaradanların günüdür - İnnovasiyalar hansı imkanlar yaradıb?

Hər il 21 aprel Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü olaraq qeyd edilir.    Sfera.az xəbər verir ki, bu gün, insanların həyatını dəyişdirə b...

ABŞ Afrikadan uzaqlaşır - Hərbi və siyasi əlaqələr kəsiləcək

ABŞ Dövlət Departamenti Afrika qitəsindəki əməliyyatların böyük hissəsini dayandırmağa və bölgədəki bir çox səfirlik və konsulluqları bağlamağa hazırlaşır. &...

Emin Ağalarov "Rolls-Royce"u ilə qəzaya düşdü - VİDEO

Xalq artisti Emin Ağalarov qəza keçirməsindən danışıb.   Sfera.az xəbər verir ki, müğənni bu haqda İnstaqramda video paylaşıb.   O, g...