Xanımlar üçün “DigiHesab Max”-la 8% gəlir fürsəti...

Xanımlar üçün “DigiHesab Max”-la 8% gəlir fürsəti...

ABB 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım müştərilərinə xoş bir sürpriz hazırlayıb. Kampaniya müddətində ABB-də “DigiHesab Max” hesabı
açan qadınlar hesabdakı qalıq vəsaitə 30 gün ərzində illik 8% qazanc əldə edəcəklər. Belə ki, illik 6%-lik standart faiz qazancı ilə yanaşı, illik 2% ilə də əlavə keşbek hesablanacaq. 

 

Bu fürsətdən yararlanmaq üçün hər bir qadın müştərinin 5 mart – 4 aprel tarixləri aralığında ABB mobile tətbiqində “DigiHesab Max” hesabı açması
yetərlidir. İllik 2% keşbek hesab açıldıqdan sonra 30 təqvim günü ərzində və hər günün sonunda balansdakı qalıq vəsaitə əsasən hesablanacaq
.

 

Hesablanmış keşbek məbləği 30 gün tamamlandıqdan sonra 1 ay ərzində ödəniləcək. Kampaniya müddətində bir neçə “DigiHesab Max” hesabı açmış müştərilərin
yalnız ilk hesabına keşbek veriləcək. İlk hesab açılan tarixdə 2 və daha çox hesab açılarsa, hər bir hesab üzrə faydalı keşbek hesablanacaq.

 

“DigiHesab Max” ABB-nin müştərilərə əlavə faydalar yaradan yeni məhsullarındandır. Bu hesab tam rəqəmsal təcrübə ilə yaradılır və müştəriyə qalıq məbləğdən faiz gəliri qazandırır. Müştəri bu yeni məhsulun imkanlarından istifadə etmək üçün ABB mobile tətbiqinə daxil olur, “Hesablar” bölməsinə keçid edərək “DigiHesab Max” hesabı yaradır, həmin hesabda vəsait yerləşdirib qalığa faiz gəliri qazanmağa başlayır.

 

Qalığa faiz hesabdakı minimum 200 manatdan maksimum 500 min manatadək olan vəsaitlərə hesablanır. Bu, yalnız manat valyutalı hesablara aiddir. “DigiHesab Max”a istənilən bank kartından komissiyasız mədaxil də etmək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Şəmkirdə avtomobil 69 yaşlı kişinin həyatına son qoydu

Şəmkirdə avtomobil piyadanın həyatına son qoyub.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. 20...

Tələbələrin köçürülməsi başladı

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olu...

“İki xərçəng növünə qarşı peyvənd var” – ÜST-ün rəsmisi

“Peyvəndlər bəşəriyyətin ən mühüm ixtiralarından biridir. Peyvəndlər sahəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Növbədə ləğv edilməli xəstəl...

Azərbaycanda kredit götürənlərin sayı kəskin çoxalıb - RƏQƏMLƏR

Son aylarda Azərbaycanda əhalinin kredit yükü ciddi şəkildə artıb. Rəsmi statistik göstəricilər göstərir ki, vətəndaşların bank və digər maliyyə institutlarında...

15 iyul – Ümumdünya Gənclərin Bacarıqları Günüdür

Hər il 15 iyul tarixində Ümumdünya Gənclərin Bacarıqları Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, BMT Baş Assambleyasının 2014-cü ildə qəbu...

Tərəvəz bahalaşması rekord qırır: Son 10 ilin qiymət dəyişikliyi

Azərbaycanda 2015-ci ildən sonra dəyəri ən çox artan ərzaq məhsulu tərəvəzlər olub.  2015-ci illə müqayisədə 2024-cü ildə tərəvəzlərin qiyməti orta he...