"Övladı az bal toplayan valideynlər diqqətli olsun" - Psixoloqdan AÇIQLAMA

"Övladı az bal toplayan valideynlər diqqətli olsun" - Psixoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

 

İmtahan nəticələri  hələlik rəsmi olaraq açıqlanmayıb. Zaman-zaman imtahan  nəticələrdən asılı olaraq abituriyentlərin depressiyaya düşdüyü, hətta intihar səviyyəsinə qalxdığı müşahidə olunub.

 

Bəzi valideynlər bu müddət ərzində övladlarına dəstək olmaq əvəzinə, təzyiq göstərirlər. Bu isə, vəziyyəti daha da kritikləşdirir. 

 

Maraqlıdır, bu kimi situasiyalarda valideynlər necə davranmalıdır? 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında psixoloq Aydan Məmmədova bildirib ki, psixoloq kimi illərdir gəncləri müşahidə edir və hər buraxılış imtahanından sonra eyni mənzərə ilə qarşılaşır: sevinc yaşayanlar da var, ümidsizliyə qapılanlar da.

 

"Xüsusilə az bal yığan abituriyentlərdə stress, depressiya və hətta intihar düşüncələri belə, ortaya çıxa bilir. Təəssüf ki, bu vəziyyətin yaranmasının əsas səbəblərindən biri valideynlərin sərt reaksiyası və dəstək əvəzinə təzyiq göstərməsidir.

İmtahan nəticələri açıqlandıqda bəzi valideynlər övladlarının topladığı balı kifayət qədər yaxşı hesab etməyib onlara ağır sözlər deyir, mühakimə edir, başqaları ilə müqayisə edirlər. Halbuki unutmaq olmaz ki, bu uşaqlar onsuz da öz nəticələrindən dolayı narahatdırlar və daxili mühakimə aparırlar. Onları daha da sıxmaq, "Biz sənə görə bu qədər əziyyət çəkmişik", "Bu nə baldır?", "Belə getsə, heç nəyə nail olmayacaqsan!" kimi ifadələr işlətmək nəinki motivasiyalarını öldürür, hətta onların psixoloji sağlamlığına ciddi zərər vurur", - deyə müsahibimiz qeyd edib.

 

 


Psixoloqun fikrincə ilk reaksiya tənqid yox, anlayış olmalıdır.

 

"Övladınızın nəticəsi istədiyiniz kimi olmaya bilər. Amma unutmayın ki, o da narahatdır və dəstəyə ehtiyacı var. İlk reaksiyanız "Sən bu balı necə yığdın?" yox, "Narahat olma, biz birgə həll yolu tapacağıq" olmalıdır. İmtahan həyatın sonu deyil. Bəzən valideynlər imtahanı həyatın ən böyük uğur göstəricisi kimi görürlər. Amma bu, sadəcə bir mərhələdir. İkinci imtahan şansı var, fərqli peşə seçimləri var, xaricdə təhsil və digər yollar var. Əsas odur ki, övladınızın həyatına yalnız bir imtahanın nəticəsi ilə qiymət verməyəsiniz".

 


M.Aydan əlavə edib ki, övladın özünü günahkar hiss etməsinə şərait yaratmaq olmaz:

 

"Onsuz da o, içində "Kaş ki, daha çox oxusaydım" deyə düşünür. Siz onun üzərinə gedəndə bu hiss daha da dərinləşir və onun özünəinamı sarsılır. Bunun əvəzinə ona "Nəticə istədiyimiz kimi olmadı, amma bu sənin son şansın deyil. Nə edə biləcəyimizi birlikdə düşünək" demək daha faydalıdır. Əgər uşağınız imtahandan sonra özünə qapanır, insanlardan uzaqlaşırsa, diqqətli olun. Depressiya və hətta intihar düşüncələri belə yarana bilər. Onunla söhbət edin, necə hiss etdiyini soruşun və əgər vəziyyət ciddi görünürsə, bir mütəxəssisə müraciət etməkdən çəkinməyin.
 

"Gəl, birlikdə oturaq və növbəti imtahana daha yaxşı necə hazırlaşacağını planlaşdıraq" demək onun özünü yalnız hiss etməməsinə və yenidən motivasiya tapmasına kömək edəcək. Hər bir valideyn övladının yaxşı nəticə göstərməsini istəyir, bu normaldır. Amma unudulmamalıdır ki, imtahan nəticəsi bir uşağın dəyərini müəyyənləşdirmir. Ən önəmlisi onun psixoloji sağlamlığı və özünü güvəndə hiss etməsidir. Valideynlər olaraq biz onları qorumaq, gücləndirmək və həyatın tək bir imtahandan ibarət olmadığını göstərmək üçün yanlarında olmalıyıq".

 

Bənövşə 
 


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...