Sosial evlərlə bağlı dələduzluq edənlər həbs edildi

Sosial evlərlə bağlı dələduzluq edənlər həbs edildi

Sosial evlərlə bağlı dələduzluq edən iki nəfər həbs olunub.

 

Sfera.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1985-ci il təvəllüdlü Xəqani B. və 1969-cu il təvəllüdlü Arzu C. barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

 

Aparılan araşdırma zamanı məlum olub ki, Arzu Respublika Diaqnostika Mərkəzində və digər yerlərdə çalışan 18 tanışının hər birindən 5, 10, 23 min manatadək pul alaraq onlara iş yoldaşı Xəqaninin vasitəsi ilə sosial evlər layihəsindən 1, 2, 3 otaqlı mənzillər alacağını vəd edib.

 

Zərərçəkmişlər onun dediklərinə inanaraq "Old Castle" kafesində və başqa yerlərdə vəsaiti Arzuya veriblər. Arzu onlara iş yoldaşı Xəqaninin Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) tanışlarının olduğunu, sosial evlər layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə zərərçəkmiş şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərəcəyini bildirib.

 

Məhkəmədə Arzu zərərçəkmişlərdən aldığı pulu Xəqaniyə verdiyini və həmin şəxsin onları aldadaraq pulları mənimsədiyini deyib. Xəqani isə əksinə, ifadəsində bildirib ki, Arzu zərərçəkənlərdən pul alaraq, şəhərin mərkəzində oğlu ilə bərabər "Old Castle" kafesini açıb. Həmin restoranı icarə götürərək, 70-80 min manat təmirə pul xərcləyib. Arzu əksər zərərçəkmiş şəxslərlə də məhz həmin kafedə görüşüb, pulları alıb. Həmçinin bildirib ki, Arzu özünə maşın alıb və tez-tez bahalı istirahətlərə yollanıb.

 

Zərərçəkmişlər onlardan şikayətçi olduqlarını deyiblər. Məhkəmənin qərarı ilə Xəqani 1 il 11 ay 27 gün, Arzu isə 2 il 11 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.


OXŞAR XƏBƏRLƏR

Hindistanla Çinin yaxınlaşmağı nə vəd edir? - AÇIQLAMA

Dehli Pekinlə münasibətləri normallaşdırmağa qərar verib. Halbuki, son illərdə münasibətlər son dərəcə gərginləşmişdi. İki ölkə arasındakı sərhədin dağlıq hissə...

Şəmkirdə avtomobil 69 yaşlı kişinin həyatına son qoydu

Şəmkirdə avtomobil piyadanın həyatına son qoyub.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. 20...

Tələbələrin köçürülməsi başladı

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olu...

“İki xərçəng növünə qarşı peyvənd var” – ÜST-ün rəsmisi

“Peyvəndlər bəşəriyyətin ən mühüm ixtiralarından biridir. Peyvəndlər sahəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Növbədə ləğv edilməli xəstəl...

Azərbaycanda kredit götürənlərin sayı kəskin çoxalıb - RƏQƏMLƏR

Son aylarda Azərbaycanda əhalinin kredit yükü ciddi şəkildə artıb. Rəsmi statistik göstəricilər göstərir ki, vətəndaşların bank və digər maliyyə institutlarında...

15 iyul – Ümumdünya Gənclərin Bacarıqları Günüdür

Hər il 15 iyul tarixində Ümumdünya Gənclərin Bacarıqları Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, BMT Baş Assambleyasının 2014-cü ildə qəbu...