Bu gün imtahan var


Bu gün imtahan var
Kateqoriya məlum deyil10.08.25, 05:443 👁️
T

Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.


Dövlət İmtahan Mərkəzindən Sfera.az-a bildirilib ki, imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

 

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak etmək üçün 905 nəfər qeydiyyatdan keçib. Onlardan 336 nəfəri oğlan, 569 nəfəri qızdır. 739 namizəd Azərbaycan bölməsinin, 169 namizəd rus bölməsinin, 373 namizəd cari ilin, 532 namizəd isə əvvəlki illərin məzunudur. 2 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 879, Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyi gözlənilir.

 

İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 81 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

PAYLAŞ
Sehliyali
Yüklənir...