Rusiya iki ölkəni barışdırmaq istəyir: “Nüvə anlaşması yenilənməlidir”

Rusiya iki ölkəni barışdırmaq istəyir: “Nüvə anlaşması yenilənməlidir”

Rusiya ABŞ və İran arasında mövcud olan problemləri danışıqlar yolu ilə həll etmək üçün köməyini təklif edib. Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-Rusiya münasibətlərinin bir qədər yaxşılaşması müşahidə edilir. Artıq tərəflər arasında bir neçə dəfə siyasi məsləhətləşmələr keçirilib, danışıqlar aparılıb.

 

Münasibətlərin bir qədər isinməsini əsas gətirən rəsmi Moskva indi vasitəçilik təklifi ilə çıxış edir.

 

Bəs Moskvanın belə bir vasitəçilikdə nə kimi maraqları ola bilər? ABŞ və İran bu cür təkliflərə müsbət yanaşa bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki, Rusiyanın İran və Amerika arasındakı danışıqlarda vasitəçi olmaq istəyində bir neçə mühüm amil mövcuddur:

 

"Birincisi, baş verə biləcək gərginliyin, Rusiya üçün də maraq dairəsində olan bölgələrə mənfi təsir göstərəcəyi ehtimalıdır. İran, xüsusilə Rusiya ilə güclü əməkdaşlıq edir və bu əməkdaşlıq Rusiya-Ukrayna müharibəsi dövründə daha da möhkəmlənib. Qarşıdakı dövrdə İranın ətrafında baş verə biləcək mənfi ssenarilər - ölkənin parçalanması və ya rejimin devrilməsi Rusiya üçün ciddi narahatlıq yaradır. Rusiya, belə hadisələrin mənfi təsirlərindən qorunmaq üçün ilk növbədə vasitəçilik edərək, bu cür ssenarilərin qarşısını almağa çalışır.

 

İkinci səbəb isə Rusiyanın İran məsələsində müəyyən bir paya sahib olmaq istəməsidir. Tramp administrasiyasının növbəti əsas hədəfinin İran olacağı gözlənilir. Trampın açıqlamaları da bu hədəfi dəstəkləyir və İranla bağlı məsələlərin yenidən aktuallaşması ehtimalını göstərir. Burada ən önəmli məsələ nüvə anlaşmasıdır. Tramp, İranla olan nüvə anlaşmasını yeniləmək istəyir və bu, əslində İran üçün məqbul bir ssenaridir. Əgər İran bu prosesi qəbul etsə, hadisələrin mənfi şəkildə inkişaf etməsi ehtimalı azalacaq. Lakin əgər İran müqavimət göstərərsə və razılaşmazsa, bu, yalnız hərbi gərginliyə deyil, həm də İran daxilindəki siyasi hadisələrin kəskin şəkildə dəyişməsinə səbəb ola bilər. Rusiya, bu cür inkişafların qarşısını almaq istəyir və əgər vəziyyətin dəyişdirilməsi mümkün olmazsa, İranla bağlı proseslərdə öz maraqlarını təmin etməyə çalışacaq".

 

Müsahibimiz əlavə edib ki, bu prosesdə Amerika və İranın Rusiyanın vasitəçiliyinə yanaşması müsbət nəticələr verə bilər: "İranın Amerika ilə danışıq qurmaq üçün ən əsas alternativ ölkəsi Rusiya ola bilər. İranın digər alternativləri, məsələn, Türkiyə və ya Çin olsa da, Tramp administrasiyasının Çinlə daha çox qarşıdurma xətti izlədiyi, digər tərəfdən isə İranın Türkiyə ilə müəyyən qarşıdurmalar yaşadığı məlumdur. İran, nüvə məsələsi ilə bağlı danışıq aparacağı halda, Rusiya'nın öz maraqlarını təmin etmə baxımından mühim rol oynaya biləcəyini düşünür. Həmçinin, Tramp administrasiyası Rusiya ilə əməkdaşlıq etməkdə maraqlı görünür. Ukrayna məsələsi üzrə Amerika-Rusiya danışıqları da göstərir ki, Vaşinqton və Moskva artıq geosiyasi müstəvidə bir sıra məsələlərdə razılaşmaq niyyətindədir".

 

Bənövşə Həsənova


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda kredit götürənlərin sayı kəskin çoxalıb - RƏQƏMLƏR

Son aylarda Azərbaycanda əhalinin kredit yükü ciddi şəkildə artıb. Rəsmi statistik göstəricilər göstərir ki, vətəndaşların bank və digər maliyyə institutlarında...

15 iyul – Ümumdünya Gənclərin Bacarıqları Günüdür

Hər il 15 iyul tarixində Ümumdünya Gənclərin Bacarıqları Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, BMT Baş Assambleyasının 2014-cü ildə qəbu...

Tərəvəz bahalaşması rekord qırır: Son 10 ilin qiymət dəyişikliyi

Azərbaycanda 2015-ci ildən sonra dəyəri ən çox artan ərzaq məhsulu tərəvəzlər olub.  2015-ci illə müqayisədə 2024-cü ildə tərəvəzlərin qiyməti orta he...

Makron Azərbaycanla bağlı açıqlama verdi : Fransa nə istəyir?

Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanması regionun bütün ölkələri üçün yeni bir səhifə aça bi...

ÜST rəsmisi: COVID-19 əvvəlki kimi təsirli olmasa da, hələ mövcuddur

COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur.   Sfera.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı...

Abşerondakı partlayışda yaralanan kişi öldü

Bir həftə əvvəl Abşeron rayonu Xırdalan şəhərində baş vermiş partlayışda yaralanan şəxs dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, Abşeron Gə...