Bu sürücülər 40 manat cərimə olunacaq - VİDEO

Bu sürücülər 40 manat cərimə olunacaq - VİDEO

Bakıdakı yollardan birində sadəcə düzünə və sağa hərəkətə icazə verilsə də, avtomobillər sola dönür. Belə olan halda, həm qayda pozulur, həm də qəza şəraiti yaranır. Söhbət Yasamal rayonu Əsəd Əhmədov və Abbas Mirzə Şərifzadə küçələrinin kəsişməsindən gedir. Belə ki, Şərifzadə küçəsində İnşaatçılar m/s-dan üzü 20 Yanvar m/s-a gedən yolda sadəcə düzünə və sağa dönməyə icazə verən yol nişanı quraşdırılıb.

 

Lakin bəzi avtobuslar birbaşa sola Ə.Əhmədov küçəsinə (Yeni Yasamala) dönürlər, bunu görən minik avtomobili sürücüləri də dönməyə icazə olduğunu düşünür və hərəkəti təkrarlayır. 

 

Maraqlıdır, o yolda sola dönməyə icazə varmı? Yoxdursa, həmin sürücüləri hansı cərimələr gözləyir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sözügedən yolda minik avtomobili sürücülərinin sola dönməsi tamamilə qanunsuzdur.

 

Mütəxəssis həmin yolda sadəcə avtobuslara dönməyə icazə olduğunu bildirib:

 

“İctimai nəqliyyatın planlaşdırılması zamanı marşrutların kənara çıxmasına icazə verən bir qərar qəbul edilib. Bu qərara uyğun mexanizm təşkil olunub. Lakin bu mexanizm təhlükəli və risklidir. Dəfələrlə də yol-nəqliyyat hadisələrinə səbəb olan bir hal olduğunu müşahidə etmişik. Həmin yolda qarşıda geriyə dönmə yeri olsa da, avtobusların həcmi böyük olduğundan oradan dönmək çətinlik yaradır. Bu səbəbdən belə bir hərəkət trayektoriyası müəyyənləşdirilib”.

 

E.Muradlı sürücüləri qaydaları pozmamağa çağırıb. Ekspert nəzərə çatdırıb ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə sözügedən sürücülər 40 manat məbləğində cərimə edilə bilərlər:

 

“Digər sürücülər avtobuslara yox, öz hərəkətlərinə fikir verməlidirlər. Avtobus olmasın, başqa avtomobil sürücüsü olsun, bəlkə psixoloji problem var, ya da pulu çoxdur, qayda pozur. Onlara güvənib belə hərəkətlər etmək doğru deyil. Sürücülər mütləq yol hərəkəti qaydalarına riayət etməlidirlər”. 

 

Firuzə Əliyeva   

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Rusiya bir gecədə bu qədər PUA vurdu

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 55 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Xankəndi orta məktəbin direktor müavini cərimələndi - Məhkəmə rədd etdi

Xankəndi şəhər 4 saylı orta məktəbin direktor müavini cərimələnib.   Sfera.az xəbər verir ki, direktor müavinini Əmək və Əhalinin Sosial Müdafiəsi Na...

Hindistanla Çinin yaxınlaşmağı nə vəd edir? - AÇIQLAMA

Dehli Pekinlə münasibətləri normallaşdırmağa qərar verib. Halbuki, son illərdə münasibətlər son dərəcə gərginləşmişdi. İki ölkə arasındakı sərhədin dağlıq hissə...

Şəmkirdə avtomobil 69 yaşlı kişinin həyatına son qoydu

Şəmkirdə avtomobil piyadanın həyatına son qoyub.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. 20...

Tələbələrin köçürülməsi başladı

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olu...

“İki xərçəng növünə qarşı peyvənd var” – ÜST-ün rəsmisi

“Peyvəndlər bəşəriyyətin ən mühüm ixtiralarından biridir. Peyvəndlər sahəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Növbədə ləğv edilməli xəstəl...