İş dəftərləri şagirdlərə PULSUZ veriləcək? – MÜHÜM AÇIQLAMA


İş dəftərləri şagirdlərə PULSUZ veriləcək? – MÜHÜM AÇIQLAMA

Şagirdlərə dərsin mövzusunu mənimsəmək üçün əlavə vəsaitlər təklif olunur. Əvvəlki illərdə yalnız məktəb kitabxanalarındakı kitablar, ensiklopediyalar, televiziyadakı sənədli filmlərlə kifayətlənmək mümkün idi.
 

Kurrikulumun tətbiqi ilə şagirdlər bir neçə əlavə vəsaitdən istifadə etməli oldular. Bunlara test topluları, iş dəftərləri və digər vəsaitlər aiddir. Bildiyimiz kimi, dövlət uşaqları dərsliklə təmin edir, lakin sentyabrda bir uşağını məktəbə yola salmaq  valideynə təxminən 300-500 manata başa gəlir. Ona görə də valideynlər əlavə dərs vəsaitlərinin hamısını ala bilmirlər.
 


Elm və təhsil naziri Emin Əmrullayev ötən il mətbuat üçün keçirdiyi brifinqdə bu məsələyə toxunaraq, siniflər üzrə iş dəftərlərinin ödənişsiz əldə edilməsi üzərində iş aparıldığını bildirib.
 

Martın 3-də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Milli Məclisdə 2024-cü il üzrə məruzəsində də eyni problemə toxunulub. Bildirilib ki, təhsil müəssisələrində öz həllini tapmayan məsələlərdən biri də tədris prosesində istifadəsi tələb olunan iş dəftərlərinin şəxsi vəsait hesabına alınmasıdır.
 

Qeyd olunub ki, orta təhsil icbari və dövlət büdcəsi hesabına maliyyələşdirildiyi üçün dərsliklər və onların komplektləri də şagirdlərə ödənişsiz təqdim edilməlidir.
 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimovanın fikirlərini öyrəndik.
 

Deputat Bizim.Media-ya açıqlamasında bu təklifi dəstəklədiyini bildirib:


“Əslində, yaxşı təklifdir. Ən azı, bu addım aztəminatlı ailələrə böyük dəstək olar. Amma çox istəyirəm ki, ümumiyyətlə, iş dəftərlərinə ehtiyac qalmasın. Dərsliklərimiz elə hazırlansın ki, xüsusilə, ibtidai sinifdə təhsil alan balacalar lüzumsuz ağırlıqla yorulmasın. Bütün bilik və məlumat ötürücüsü elə oxuduqları sadə formada, fikirdə səlislik əsas götürülməklə dərsliklər olsun”.


OXŞAR XƏBƏRLƏR

Prezidentə o kitab hədiyyə edildi- FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgis...

Koloradoda antisemit hücumu: Adam mitinqdə yəhudi icmasının üzvlərini yandırmağa çalışdı

Qəzza zolağında israilli girovlara dəstək məqsədilə Kolorado ştatı Boulderdə keçirilən aksiyaya gələn azı 8 nəfər yaralanıb. Mohamed Sabri Soliman adlı bir nəfə...

Keçmiş “Nəsimi bazarı” yaxınlığında YANĞIN başladı

Bakının Nəsimi rayonunda, keçmiş “Nəsimi bazarı”nın yerində tikilən yaşayış kompleksi ətrafında məişət tullantıları olan sahə yanır.   Bu...

Niyə asiyalılar az qala hər şeydə çubuqlardan istifadə edirlər?

Asiya mədəniyyətlərində yemək çubuqlarının təkcə yemək zamanı deyil, həm də gündəlik həyatda tez-tez istifadə edildiyini fərq etmiş ola bilərsiniz. Xüsusən də x...

Prezidentdən millimizlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandası ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,...

Berbok BMT Baş Assambleyasının Prezidenti seçildi

Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasına prezident seçilib.   Sfera.az xəbər verir ki, sə...