ABŞ kəşfiyyatı 1955-86-cı illərdə Azərbaycan barədə

ABŞ kəşfiyyatı 1955-86-cı illərdə Azərbaycan barədə


Xəbər verdiyimiz kimi Amerika Mərkəzi Kəşfiyyat İdarəsi 50 illik bir dövrdə toplanmış informasiyalar üzərindən "məxfi” qrifini götürərək onları ictimaiyyət üçün açıqlayıb.

Bu məlumatların içində Azərbaycanla da bağlı xeyli sənədlər var.

Sfera.az Strateq.az-a istinadən xəbər verir ki,  bildirir ki, 1955-86-cı illəri əhatə edən kəşfiyyat məlumatlarda Azərbaycanın o dövrdəki  siyasi-iqtisadi həyatına dair informasiyalar yer alır. MKİ agentləri tərəfindən ötürülən bu informasiyalarda  SSRİ-nin bu strateji məkanı haqqında ətraflı və detallı bilgilər verilib.  ABŞ Kəşfiyyatı əsasən Bakının neft zavodları, SSRİ-nin burda olan hərbi hissələri və Xəzər dənizində mövcud olan hərbi obyektlər barədə məlumat toplayıb. Bununla yanaşı Azərbaycan SSRİ-nin ictimai həyatı da ciddi şəkildə izlənilib.

Bu sənədlərin içində diqqətçəkən bir sənəd 1959-cu ilə aiddir. Burada Bakıda yerlşən neft emalı zavoduna və Vano Stura adına gəmi təmiri zavoduna dair kəşfiyyat məlumatları qeyd olunub.  Təyyarədən çəkilmiş fotoda Bayıl buxtası və orada dayanmış gəmilər əks edilib. Eyni zamanda neft emalı zavodunun xəritəsi göstərilir. Hazırda bu yerdə üzgüçülük mərkəzi yerləşir. 

 

Sənədlərdə diqqəti çəkən digər məqam Bakı şəhərinin əsas küçələrinin yerləşdiyi məkan barədə detallı qeydlərdir. 22 may 1959-cu ilə aid raportda Bakı şəhərinin əsas küçəsi sayılan Kommunist (indiki İstiqlaliyyət ) küçəsinin planı tərtib olunub.  Detallı şəkildə tərtib olunan bu raportda küçə boyu yerlşmiş bütün obyektlərin adları göstərilir və müvafiq xəritədə əks olunur.





OXŞAR XƏBƏRLƏR

Baş nazir sərəncam imzaladı

“2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin müvafiq sərəncamının icrasın...

Elşad Miridən deputata cavab: "Belə deməz..."

Bir neçə gündür, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov, ilahiyyatçı-psixoloq Fazil Əhmədin dinşünas Elşad Miri ilə ...

Azərbaycanda qadağan edilmiş dini qruplar - SƏBƏBLƏR

Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində bir sıra dini təşkilatların fəaliyyəti rəsmi olaraq qadağan edilib. Bu qərarlar təhlükə...

Prezident Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda "İsmikhanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyud...

Süni intellekt proqramı tibb imtahanından uğurla keçib - Yenilik

Yaponiyada hökumətə bağlı Milli İnformasiya İnstitutunun (NII) rəhbərliyi ilə fəaliyyət göstərən tədqiqatçılar milli tibbi lisenziya imtahanını uğurla keçə bilə...

“Növbəti pandemiya artıq aramızdadır” - Quammendən xəbərdarlıq

Dünyanı sarsıdan COVİD-19 pandemiyasının yaranacağını illər əvvəl proqnozlaşdıra bilən tanınmış elmi yazıçı David Quammen növbəti pandemiya ilə bağlı ciddi xəbə...