Özü hazırladığı içkidən sonra dərisi maviyə çevrilən adam - FOTO

Özü hazırladığı içkidən sonra dərisi maviyə çevrilən adam - FOTO

Bəzi insanlar sağlam olmaq üçün alternativ üsullara əl atırlar. Ancaq bəzən bu üsullar gözlənilməz nəticələrə səbəb ola bilər. ABŞ-da yaşayan bir kişi gördüyü reklamdan ilhamlanaraq öz hazırladığı içkini içməyə başlayıb. Ancaq tezliklə bədənində qəribə bir dəyişiklik hiss olunub. Bəs niyə onun dərisi mavi oldu?

 

Sfera.az bu maraqlı hadisənin təfərrüatlarını təqdim edir.

 

Pol Karason Vaşinqtonda yaşayan adi bir oğlan idi.

 

Ağarmış saçları və saqqalı ilə heç kimdən fərqlənmirdi. Amma bir gün gördüyü bir reklam onun həyatını kökündən dəyişdi. Sağlamlıq və cavanlaşma vəd edən bir jurnalda rast gəldiyi bir qarışıqdan ilhamlanan Karason ekzemasını sağaltmaq üçün evdə hazırlanmış koloidal gümüş içməyə başlayıb.

 

O anda geri dönüşü olmayan bir dövrə girdi

 

Paul hazırladığı mayeni təkcə içmədi, həm də dərisinə sürtdü. Əvvəlcə heç nə hiss etməyən kişinin dostu "Dərin niyə maviləşir?" sualınfan şoka düşüb. Amma o zaman artıq çox gec idi...

 

Mavi dəri sindromu (argiriya) adlı nadir bir vəziyyətə görə onun dərisi tamamilə maviyə çevrildi və dəyişiklik qalıcı oldu. 

 

Onun vəziyyəti daha geniş şəkildə tanındıqca, Paul ictimaiyyətin diqqətini cəlb etməyə başladı. O, ABŞ-da tok-şoularda çıxış etdi və insanlar onu "Mavi Adam" və ya daha çox cizgi filmdəki "Şirin Baba" adlandırmağa başladılar. Amma bu maraq həmişə müsbət olmayıb...

 

Əvvəlcə məşhur olmaqdan həzz alan Paul televiziya kanallarında hekayəsini çox həvəslə danışırdı.

 

Amma illər keçdikcə onun üçün çətinləşdi. İş tapmaqda çətinlik çəkirdi, insanlar ona istehzalı baxışlarla baxırdılar, ən əsası isə səhhətində problemlər onu təqib etməkdə davam edirdi.

 

Zaman keçdikcə onun sosial və fiziki problemləri daha da pisləşdi.

 

O, nişanlısından ayrılıb, işsiz qalıb, prostat xərçəngi və ürək xəstəlikləri ilə mübarizə aparmağa başlayıb. 2012-ci ildə evini itirdikdən sonra doğma şəhərinə qayıtmalı oldu. Təəssüf ki, 2013-cü ildə pnevmoniyadan müalicə aldığı xəstəxanada dünyasını dəyişdi.

 

Lakin onun qeyri-adi görünüşü və hekayəsi ölümündən sonra da insanların diqqətini çəkməyə davam etdi.

 

Bəs, Kolloid Gümüş tam olaraq nədir?

 

Kolloid gümüş suda asılı olan mikroskopik gümüş hissəciklərindən ibarət mayedir. Antibakterial xüsusiyyətlərinə görə tarix boyu infeksiyalara qarşı mübarizədə istifadə edilmişdir.

 

Lakin 1999-cu ildə ABŞ-da daha effektiv antibiotiklər hazırlandıqdan və istifadəsi qadağan edildikdən sonra onun populyarlığı azaldı.

 

Paul Karasonun başına gələnlər bu cür alternativ müalicə üsullarının nə qədər təhlükəli ola biləcəyinin ən parlaq nümunələrindən biri idi.

 

Çünki o, bir vaxtlar xəstəliyinə çarə axtararkən sonda geri dönməz bir dəyişiklik yaşadı və mavi dəri ilə dünya ilə vidalaşdı.

 

Xanım

 


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...