Bir ailə çardaqda yüzlərlə nadir zinət əşyası tapdı - FOTO

Bir ailə çardaqda yüzlərlə nadir zinət əşyası tapdı - FOTO

Hinamatsuri festivalı zamanı istifadə edilən nadir Yapon bəzəklərindən ibarət unikal kolleksiya Böyük Britaniyanın Hempşir əyalətindəki evlərdən birində tapılıb. Evdə yaşayan ailənin tapılan əşyaların dəyərindən xəbəri olmayıb.

 

Sfera.az bildirir ki, kolleksiya ənənəvi olaraq kimonoların saxlanması üçün istifadə edilən iki antik laklı sandıqdan birində qablaşdırılıb. Sandığın içərisində Hinakazarinin tam dəsti - Şərqi Asiyada əldə edildiyi güman edilən kuklalar və aksessuarlar olub. Onlar qara fonda qızıl lakla bəzədilib, yarpaqların naxışları və stilizə edilmiş çiçəklərlə rənglənib. 

 

Dəstə müxtəlif mebel əşyaları, o cümlədən sandıqlar, rəflər və şkaflar, eləcə də xəttatlıq yazıları olan miniatür kitablar, kağız fənərlər, yazı masaları, tualet dəsti və hətta bambuk jalüzlü palankan daxildir. Mütəxəssislərin fikrincə, bu dəst 19-cu əsrə aiddir ki, bu da onu xüsusilə qiymətli edir.

 

“Woolley and Wallis hərrac evinin sözçüsü kolleksiyanın 1000 funt-2000 funt sterlinqə satılacağının təxmin edildiyini, lakin nadirliyi və keyfiyyətinə görə daha baha çox satıla biləcəyini bildirib. Hərrac mayın 21-də keçiriləcək.

 

Qeyd edək ki, Hinamatsuri martın 3-də qeyd olunan ənənəvi yapon bayramıdır. Onun tarixi 1686-cı ildən başlayaraq 300 ildən artıqdır. Şənlik zamanı İmperatoru, Heian dövrünün saray əyanlarını və musiqiçilərini simvolizə edən kuklalar nümayiş etdirilir. Daha mürəkkəb nümayişlərə qırmızı xalça ilə örtülmüş çoxsəviyyəli stendlərdə nümayiş etdirilən on beşə qədər kukla daxildir.

 

“Woolley and Wallis” hərrac evinin əmakdaşı Aleksandra Aqulera, setin kəşfinin sensasiya olduğunu qeyd edib: 

 

"O, təkcə yüksək keyfiyyətinə görə deyil, həm də yüzlərlə miniatür obyekti özündə cəmləşdirdiyinə görə xüsusi dəyərə malikdir - Qərbi Avropa üçün əsl nadirdir".

 

Aysel

 


OXŞAR XƏBƏRLƏR

50 manata şaftalı? - Paytaxt bazarlarında əl yandıran QİYMƏTLƏR

Paytaxt bazarlarında bəzi meyvə və tərəvəzlərin qiymətində ötən illə müqayisədə kəskin artım müşahidə olunur.   Sfera.az ATV-yə istinadən məlumat ver...

Makedoniyalı İsgəndərin ailəsinin sirri: İndi də sərkərdənin atasının cəsədi itkin hesab edilir

Təxminən 50 il əvvəl arxeoloqlar Yunanıstanın şimalındakı qədim Vergina şəhəri yaxınlığında qazıntılar zamanı yeni bir kəşf ediblər. Qərara gəlinib ki, Makedoni...

Ronaldonun öz-özünə danışması gündəm oldu - VİDEO

Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.   Sfera.az xəbər verir ki, son oyun günündə Kriştianu Ronaldonun komandası “Ən...

Leyla və Arzu Əliyevalar konsertdə - FOTOLAR

Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gə...

Təkərli Gitara: Elvis Preslinin ən qeyri-adi avtomobili satılır - FOTO

Elvis Preslinin çox qeyri-adi "Cadillac"ı Fransada satışa çıxarılıb. Nəhəng çəhrayı avtomobil gitaraya bənzəyir.   Sfera.az bildirir ki, &l...

May ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?

Maqnit qasırğaları insanların sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, meteoroloqların fikrincə, ma...