Sertifikasiya imtahanı verəcək müəllimlərin nəzərinə!


Sertifikasiya imtahanı verəcək müəllimlərin nəzərinə!

Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsi üçün qiymətləndirmə çərçivəsini açıqlayıb.  

 

Sfera.az xəbər verir ki, informatika fənni üzrə sertifikatlaşdırma imtahanında namizədlərə ümumilikdə 4 mövzudan ibarət 50 sual təqdim olunacaq. Müəllimlər İnformasiya və informasiya prosesləri mövzusundan 11 sual, Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma mövzusundan 25 sual, Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri üzrə 12 sual, Cəmiyyətin informasiyalaşdırılması mövzusundan isə 2 sual cavablandırmalı olacaqlar.  

 

Sertifikatlaşdırma imtahanı üçün müəyyən edilən məzmun sahələri və müvafiq mövzular aşağıdakılardır:  

 

İnformatika və əsas anlayışlar:

- İnformasiyanın kodlaşdırılması  

- Say sistemləri  

- Məntiqi əməllər    

 

Kompüterin texniki və proqram təminatı: 

- Kompüterin texniki təminatı  

- Əməliyyat sistemləri (Microsoft Windows)  

- Proqram təminatı və onun təsnifatı 

 

- Offıce proqramları:  

- Microsoft Word (mətn prosessoru)  

- Microsoft Excel (cədvəl prosessoru)  

- Microsoft PowerPoint (elektron təqdimat proqramı)  

- Verilənlər bazası və onun idarəedilməsi (Microsoft Access)  

 

Alqoritmləşdirmə və proqramlaşdırma:

- Alqoritmləşdirmə prinsipləri  

- ALPLOGO mühitində proqramlaşdırma  

- Python proqramlaşdırma dili  

- HTML dili  

 

Model və informasiya sistemləri:  

- Modelləşdirmə anlayışı və qraf informasiya modeli  

- Kompüter qrafikası  

- Kompüter modeli  

- İnformasiya sistemləri və onların elementləri  

- Süni intellekt sistemləri  

- Axtarış sistemləri  

 

İnformasiya təhlükəsizliyi və şəbəkələr:  

- İnformasiya sistemlərində təhlükələrin təsnifatı  

- İnformasiyanın qorunması üsulları  

- Kompüter şəbəkələri və internet  

- İnformasiya cəmiyyəti  

 

Qeyd edək ki, imtahanda bütün fənlər üzrə suallar ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə əsaslanır. (Təqdim edilən mövzular daha çox diqqət yetirilməli olanlardır).  

 

Xatırladaq ki, sertifikatlaşdırma imtahanında iştirakçıların bilik və bacarıqları nəzəri və praktik formada yoxlanılır. Eyni zamanda, fənlər üzrə metodika və pedaqogika bilikləri də qiymətləndirilir. Namizədlərin tətbiqetmə, təhliletmə, problem həll etmə və digər bacarıqları praktik və situativ suallar vasitəsilə ölçülür.


OXŞAR XƏBƏRLƏR

Koloradoda antisemit hücumu: Adam mitinqdə yəhudi icmasının üzvlərini yandırmağa çalışdı

Qəzza zolağında israilli girovlara dəstək məqsədilə Kolorado ştatı Boulderdə keçirilən aksiyaya gələn azı 8 nəfər yaralanıb. Mohamed Sabri Soliman adlı bir nəfə...

Prezidentə o kitab hədiyyə edildi - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgis...

Keçmiş “Nəsimi bazarı” yaxınlığında YANĞIN başladı

Bakının Nəsimi rayonunda, keçmiş “Nəsimi bazarı”nın yerində tikilən yaşayış kompleksi ətrafında məişət tullantıları olan sahə yanır.   Bu...

Niyə asiyalılar az qala hər şeydə çubuqlardan istifadə edirlər?

Asiya mədəniyyətlərində yemək çubuqlarının təkcə yemək zamanı deyil, həm də gündəlik həyatda tez-tez istifadə edildiyini fərq etmiş ola bilərsiniz. Xüsusən də x...

Prezidentdən millimizlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandası ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,...

Berbok BMT Baş Assambleyasının Prezidenti seçildi

Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasına prezident seçilib.   Sfera.az xəbər verir ki, sə...