“Starship” uça bilməyib - Mask hələ də ümidlidir

“Starship” uça bilməyib - Mask hələ də ümidlidir

İlon Maska məxsus “SpaceX” şirkətinin “Starship” raketinin 8-ci sınaq uçuşu buraxılışa 40 saniyə qalmış dayandırılıb. 

 

Sfera.az "Milliyet"ə istinadən xəbər verir ki, “SpaceX”in qurucusu İlon Mask, “X” sosial şəbəkəsindəki paylaşımında sınağın bir-iki günə yenidən keçirilə biləcəyini bildirib. 

 

Uğursuz uçuşla bağlı ABŞ Federal Aviasiya İdarəsi (FAA) araşdırmalara başlasa da, “Starship”in 8-ci sınaq uçuşunu təsdiqləyib. Ləğvetmə səbəbləri hələ açıqlanmasa da, şirkət növbəti sınaq uçuşuna hazırlaşdığını bəyan edib. 

 

Qeyd edək ki, yanvarın 16-da baş tutan 7-ci sınaq uçuşu zamanı raket havaya qalxdıqdan qısa müddət sonra parçalanmış, mühərrikdə oksigen və yanacaq sızmasının təzyiqi artırdığı məlum olmuşdu. 

 

“SpaceX” şirkəti Ay və Mars missiyalarında “Starship” raketlərindən istifadə etməyi planlaşdırır. 

 

Bəsti Rəfizadə
 


OXŞAR XƏBƏRLƏR

50 manata şaftalı? - Paytaxt bazarlarında əl yandıran QİYMƏTLƏR

Paytaxt bazarlarında bəzi meyvə və tərəvəzlərin qiymətində ötən illə müqayisədə kəskin artım müşahidə olunur.   Sfera.az ATV-yə istinadən məlumat ver...

Makedoniyalı İsgəndərin ailəsinin sirri: İndi də sərkərdənin atasının cəsədi itkin hesab edilir

Təxminən 50 il əvvəl arxeoloqlar Yunanıstanın şimalındakı qədim Vergina şəhəri yaxınlığında qazıntılar zamanı yeni bir kəşf ediblər. Qərara gəlinib ki, Makedoni...

Ronaldonun öz-özünə danışması gündəm oldu - VİDEO

Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.   Sfera.az xəbər verir ki, son oyun günündə Kriştianu Ronaldonun komandası “Ən...

Leyla və Arzu Əliyevalar konsertdə - FOTOLAR

Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gə...

Təkərli Gitara: Elvis Preslinin ən qeyri-adi avtomobili satılır - FOTO

Elvis Preslinin çox qeyri-adi "Cadillac"ı Fransada satışa çıxarılıb. Nəhəng çəhrayı avtomobil gitaraya bənzəyir.   Sfera.az bildirir ki, &l...

May ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?

Maqnit qasırğaları insanların sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, meteoroloqların fikrincə, ma...