Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini sürətləndirəcək? - AÇIQLAMA

Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini sürətləndirəcək? - AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropaya xəbərdarlıq edib. 

 

O bildirib ki, Türkiyə tərəfi Cənubi Qafqazda sabitlik üçün  səyləri davam etdiririr. Türkiyə Ermənistanla da münasibətləri normallaşdırma ərəfəsindədir. Ərdoğan qeyd edib ki, Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasına çalışır. 

 

Türkiyə sülh prosesini necə sürətləndirə bilər və bu aspektdən hansı konkret addımlar atıla bilər?

 

Bununla bağlı politoloq Şahin Cəfərli Sfera.az-a münasibət bildirib.

 

Politoqun fikrincə, Türkiyədə Paşinyan hökumətinə qarşı müsbət münasibət açıq şəkildə ifadə edilir:

 

“Ankarada hesab edirlər ki, Ermənistanda belə bir hökumətin iş başında olması bölgədə sülh və əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Xüsusilə Paşinyanın Türkiyə ilə münasibətlərdə əvvəlki siyasətdən imtina etməsi, Ankaraya qarşı hər hansı iddia irəli sürməməsi və qondarma soyqırımın tanıdılması məsələsindən geri çəkilməsi Türkiyədə müsbət qarşılanır. Eyni zamanda, Türkiyə Rusiya-Ermənistan münasibətlərini yaxından izləyir. Ermənistanın tədricən Rusiyadan uzaqlaşması və bunun nəticəsində yaranan geosiyasi boşluğu Avropanın, xüsusən də Fransanın doldurmağa çalışması Ankarada belə bir düşüncəyə səbəb olur ki, bölgənin güclü və böyük dövləti kimi bu boşluğu məhz Türkiyə doldurmalıdır.

 

Ankara hesab edir ki, Rusiyanın bölgədəki boşluğunu minlərlə kilometr uzaqda yerləşən Avropa ölkələri və ya ABŞ deyil, məhz Türkiyə kompensasiya etməlidir. Ermənistanda bu geosiyasi boşluğun Türkiyə tərəfindən doldurulması üçün əlverişli şərait yaranıb. Bununla yanaşı, Türkiyə-Ermənistan yaxınlaşması ümumilikdə Ankaranın regiondakı nüfuzuna və təsir gücünə müsbət təsir göstərə bilər”. 

 

Ekspert  sülh qərarında həlledici tərəfin Azərbaycan olduğunu diqtə edib:

 

“Türkiyə Ermənistanla yaxınlaşmanı şərtsiz şəkildə həyata keçirməyə çalışır. Azərbaycan isə Ermənistanla sülh müqaviləsi imzalamaq üçün konkret şərtlər irəli sürür. Buna baxmayaraq, Ankara Bakının mövqeyini nəzərə alır və Azərbaycanla münasibətləri pozmaq hesabına Ermənistanla yaxınlaşmaq istəmir. Bu səbəbdən Türkiyə çalışır ki, Azərbaycan və Ermənistan arasında mümkün qədər tez bir zamanda sülh müqaviləsi imzalansın. Lakin burada həlledici qərar Bakıya məxsusdur. Azərbaycan rəhbərliyi Ermənistanla sülh anlaşması imzalamadığı halda, Türkiyə-Ermənistan münasibətlərinin də tamamilə bərpa olunacağı gözlənilmir. Yəni Türkiyə birtərəfli qaydada Ermənistanla münasibətləri normallaşdıraraq Azərbaycanla əlaqələri risk altına atmaq niyyətində deyil”.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Uşaqlığından bəri kor olmaq istəyən və gözlərinə kimyəvi maddələr tökən qadın - FOTO

Jewel Şupinq adlı qadın illərlə kor olmaq arzusu ilə yaşayıb. Gözləri tamamilə sağlam olsa da, özünü heç vaxt görmə qabiliyyətinə malik insan kimi hiss etməyib....

“Bəxşiş” kimi malikanələr: Milyonerlər üçün gizli şəhərin sakinləri necə yaşayır? - FOTOLAR

Los-Ancelesdən (ABŞ) 23 mil aralıda San Qabriel dağlarının ətəyində gözlərdən uzaq Bradberi şəhəri maraqlı gözlərdən gizlədilib, əyalətdəki sərtlik və həddindən...

Niyə fillər və balinalar kimi daha böyük heyvanların xərçəngə tutulma ehtimalı azdır?
Fillərin və ya balinaların xərçəng kimi ciddi xəstəliklərə tutulma ehtimalının bizdən daha az olduğunu eşitmək əvvəlcə bir az təəccüblü görünə bilər, elə deyilm...

Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi...

Başlıbel qətliamından 32 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.   Sfera.az xatırladır ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində ...

Arı sancması xalq arasında deyildiyi qədər faydalıdırmı?

Arı sancması dedikdə çoxumuzun ağlına əvvəlcə ağrı, sonra şişlik gəlir. Amma bunun şəfa mənbəyi olduğunu düşünənlər də var. Min illərdir istifadə edilən arı zəh...