AZAL-ın səhvi sərnişinə ciddi zərər vurub - FOTO

AZAL-ın səhvi sərnişinə ciddi zərər vurub - FOTO

Azərbaycan Hava Yolları (AZAL) şirkətinin xidmət göstərdiyi reys üzrə gecikmənin baş verməsi sərnişinlərə ciddi maddi zərər vurub. 

 

Sfera.az redaksiyasına müraciət edən sərnişin Kəmalə Qurbanova bildirib ki, 2025-ci ilin fevralın 17-də AZAL  tərəfindən təklif olunan uçuşla bağlı ciddi gecikmə yaşanıb. 

 

K.Qurbanovanın verdiyi məlumata əsasən, qeyd edilən tarixdə o, Azərbaycandan Türkiyəyə, oradan isə Fransayaya uçmalı idi. Şikayətçi bu uçuş üzrə gedişhaqqını öncədən tam ödədiyini də bildirib. 

 

Lakin uçuşun vaxtında baş tutmaması səbəbindən K.Qurbanova Türkiyədən Fransayaya uçan reysə çata bilməyib və bu səbəbdən əlavə xərcə düşüb: “Azərbaycandan Türkiyəyə olan uçuş saat 08:40-da başlamalı idi. Amma AZAL-da baş verən gecikmə səbəbindən təyyarə yalnız 1 saat sonra havaya qalxdı. Bu gecikmə nəticəsində Türkiyəyə çatdıqda Fransaya uçmalı olan təyyarə artıq yola düşmüşdü. AZAL-ın sərnişinləri gecikmə ilə çatdırdığından mən yenidən uçuş bileti almaq məcburiyyətində qaldım”. 

 

K.Qurbanova üzləşdiyi zərərlə bağlı AZAL rəhbərliyi ilə əlaqə saxlayıb. Ancaq AZAL-dan heç bir izahat verilməyib, səyahətçiyə köməklik göstərilməyib. K.Qurbanova bildirib ki, uçuşun gecikməsinə görə məsuliyyət AZAL-ın üzərində düşdüyü halda, ona heç bir kompensasiya təklif edilməyib. 
Sərnişin bu vəziyyətin düzəldilməsini və çəkdiyi maddi ziyanın geri ödənilməsini tələb edir. 

 

Bəsti Rəfizadə


 


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...