“Günəşli hava insanların psixologiyasına təsir edir” - Psixoloq

“Günəşli hava insanların psixologiyasına təsir edir” - Psixoloq

Azərbaycanda sərt şaxtalı və qarlı havadan sonra nisbətən mülayim və günəşli hava şəraiti müşahidə edilir. Psixoloqların fikrincə, soyuq keçən günlərdən sonra hava şəraitinin mülayimləşməsi insanların psixoloji vəziyyətinə müsbət təsir göstərir. 

 

Sfera.az-a aşıqlama verən psixoloq Nizami Orucov bildirib ki, tutqun və yağışlı-qarlı hava şəraiti, xüsusən də qış aylarında, mövsümi depressiya və enerji azlığına səbəb olur.

 

Psixoloqun sözlərinə görə, günəşli havalarda isə insanların əhvalında köklü dəyişiklik baş verir: “Günəşin bizə ötürdüyü enerji var. İşıqlı, isti, aydın hava şəraiti insanları daha məhsuldar, pozitiv və canlı ruh halında olmağa vadar edir. Bu hal həm də günün uzanması və havanın gec qararması ilə əlaqədardır ki, bu da yuxu hormonumuzun gec fəaliyyətə başlamasına səbəb olur. Qışda isə, günün qısalması, çox vaxt buludlu və soyuq, günəşsiz hava şəraiti, insanlarda yorğunluq, enerji azlığı və tənbəllik yaradır”. 

 

Psixoloq hesab edir ki, hava şəraitinin insanların əhvalına təsiri hamıda eyni şəkildə ola bilməz. Lakin o, fəslin dəyişməsi ilə bağlı psixoloji hal dəyişiklikləri yaşayan insanların çox olduğunu söylədi. 

 

Bəsti Rəfizadə
 


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...