Qızıl faydalı yatırımdır? - Bahalı metalı almaq istəyənlərə VACİB XƏBƏR

Qızıl faydalı yatırımdır? - Bahalı metalı almaq istəyənlərə VACİB XƏBƏR

Qızılın qiyməti davamlı artır. Proqnozlara görə, 2025-ci ildə də bahalaşma davam edəcək.

 

Dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Türkiyədə yığım vasitəsi kimi qızıldan istifadə edilir. Bəs Azərbaycan vətəndaşlarına da qızıl yığmaq tövsiyə olunurmu?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, qızıl hər zaman ən etibarlı sərmaye növlərindən biri olaraq qəbul edilir. Onun sözlərinə görə, qızılın qiyməti bundan sonra da artacaq:

 

 

“Qızıl, xüsusən də, iqtisadi tənəzzül öncəsi, dağlalanmalar zamanı, qeyri-müəyyənliyin artıdığı dövrlərdə investorların istinad nöqtəsinə çevrilib. Bu həm də inflyasiya zamanı qiymət artırmağı bacaran investisiya alətidir. Buna görə də qarşıdakı dövrlərdə də qızılın qiymətinin davamlı artacağı gözlənilir”.

 

Ekspert qeyd edib ki, bu tendesiyaya görə əmlakı satıb pulu qızıla yatırmaq da düzgün deyil:

 

“Məsələ qızılın qiymətinin artacağıdır, nə qədər artacağı deyil. Müəyyən dövlər olur ki, daşınmaz əmlakın qiyməti qızıldan daha çox artır. Bəzən qısamüddətli qızılın qiymətində enişlər də olur. Hətta bəzən bankların təklif etdiyi faizlər belə qızıldan daha çox qazandırır. Hazırkı vaxtda qızıla investisiya etmək olar. Əldə olan vəsaitin 25-30 faizini qızıla yatırmaq məsləhətdir”.

 

Mütəxəssis sonda vurğulayb ki, investisiya sadəcə qızıldan hazırlanmış bəzək əşyalarının alınması formasında olmamalıdır. Çünki bəzək əşyaları bir neçə il sonra zərərlə satılır. Pulun qızıl külçə və sikkələr, ya da birja və fondlarda qızıla yatırılması daha məqsədəuyğundur.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

PA-ya işə düzəltmə adı 3000 manatlıq dələduzluq

Bakıda vətəndaşı 3000 manata Prezident Adminstrasiyasına (PA) işə düzəldəcəyini və edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.&nbs...

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ oldu

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.   ...

Avtobus avtomobilin sürücüsünü belə vurdu - VİDEO

"Sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizliyi ağır qəzanın baş verməsinə səbəb olub".   Sfera....

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

İyulun 14-də çimərlikdə bir azyaşlı batma təhlükəsi ilə üzləşib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. &n...

Gəncədə zəncirvari qəza- 4 avtomobil toqquşdu

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Hərəkətdə olan &ld...

Azərbaycanda maşının yürüşünü çəkənlər 3 min manat cərimələnə bilər - VİDEO

Sifarişlə Azərbaycana gətirilən avtomobillərin bəzilərinin kilometrajı alındığı ölkələrdə silinir.   Sfera.az Xəzər TV-yə istinadla xəbər verir ...