Bankdakı bu vəsaitlər sığortlanmır - Deputatdan AÇIQLAMA

Bankdakı bu vəsaitlər sığortlanmır - Deputatdan AÇIQLAMA

Son zamanlar əmanət, xüsusən də xarici valyutada depozit faizlərində kəskin artımlar müşahidə olunur. 

 

Maraqlıdır, bu artımın səbəbi nədir və nə kimi nəticələri olacaq?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sistem əhəmiyyətli banklarda ABŞ dollarında əmanət üzrə illik faizlərin 4.5 faizədək yüksəldiyini bildirib.

 

Onun sözlərinə görə, nəinki illik depozit faizləri, hətta 3 aylıq faizlər belə 3.0 faizədək artıb:

 

“Burada diqqəti çəkən əsas məqamlardan biri odur ki, banklar artıq depozitlərə sığortalanan faizlərdən daha çox gəlir təklif edirlər. Bu isə təbii ki, qorunmayan depozitlərin həcminin artmasına səbəb olacaq. Qanunvericiliyə əsasən, hazırda hər bir iştirakçının bankda 100 min manatadək depoziti sığortalanır. Qorunan əmanətlərin illik faiz dərəcəsi milli valyutada 12.0, xarici valyutada isə 2.5 faizdir.


Göründüyü kimi, xarici valyutada qorunan əmanətlərin maksimum faiz dərəcəsi 2.5 faiz olsa belə, hazırda əksər banklarda həmin əmanətlər üzrə depozit faizi 5.0 faizə çatmaqdadır. Bu isə o deməkdir ki, qorunan əmanət faizindən yüksək depozit gəliri təklif edən vəsait məbləğindən asılı olmayaraq sığortalanmır. Yəni, bank müflis olarsa, o əmanətlər geri qaytarılmır”.

 

Millət vəkili qeyd edib ki, depozitlərin həcmində azalma müşahidə olunur:

 

“Cəmi depoztilərin həcmi 2025-ci ilin yanvar ayının sonuna əvvəlki ay ilə müqayisədə 40 milyard 270 milyon manatdan 40 milyard 175 milyon manatadək azalıb. Azalma qeyri-maliyyə təşkilatlarının yerləşdirdiyi depozitlərin müvafiq dövrdə 22 milyard 532 milyon manatdan 21 milyard 756 milyon manata düşməsi ilə bağlıdır”. 

 

V.Bayramov sonda vurğulayıb ki, depozit faizlərindəki artımlar banklardakı izafilik deyil, əksinə vəsaitə tələbin olmasından xəbər verir. Bu isə kredit bazarı üçün yaxşı siqnal deyil.

 

Firuzə 
 
 


OXŞAR XƏBƏRLƏR

PA-ya işə düzəltmə adı 3000 manatlıq dələduzluq

Bakıda vətəndaşı 3000 manata Prezident Adminstrasiyasına (PA) işə düzəldəcəyini və edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.&nbs...

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ oldu

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.   ...

Avtobus avtomobilin sürücüsünü belə vurdu - VİDEO

"Sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizliyi ağır qəzanın baş verməsinə səbəb olub".   Sfera....

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

İyulun 14-də çimərlikdə bir azyaşlı batma təhlükəsi ilə üzləşib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. &n...

Gəncədə zəncirvari qəza- 4 avtomobil toqquşdu

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Hərəkətdə olan &ld...

Azərbaycanda maşının yürüşünü çəkənlər 3 min manat cərimələnə bilər - VİDEO

Sifarişlə Azərbaycana gətirilən avtomobillərin bəzilərinin kilometrajı alındığı ölkələrdə silinir.   Sfera.az Xəzər TV-yə istinadla xəbər verir ...