Ərdoğanın sərt ritorikası - Türkiyə lideri Trampa əsəbiləşib?

Ərdoğanın sərt ritorikası - Türkiyə lideri Trampa əsəbiləşib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropaya xəbərdarlıq edib. Ölkə lideri qeyd edib ki, Türkiyənin Avropa İttifaqına üzvlük prosesi strateji prioritetdir. Ərdoğan vurğulayıb ki, Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil.

 

Onun sözlərinə görə, bu gün dünyada “meşə qanunları” hökm sürür və təəssüf ki, güclü olanların zəifləri əzməsi nəticəsində yeni problemlər meydana çıxır. 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əziz Əlibəyli Türkiyənin  Avropa İttifaqına üzvlüyünün əslində bir zərurət olduğunu bildirib. Onun sözlərinə görə, 1980-ci illərdən etibarən bu üzvlük gözləmə rejimindədir:

 

“Bu müddət ərzində hətta keçmiş SSRİ-dən ayrılan ölkələr belə ittifaqa qəbul olundu, lakin Türkiyəyə münasibətdə bu addım atılmadı. Xüsusilə İslam amili və İslam dünyagörüşü NATO çərçivəsində, SSRİ-yə qarşı mübarizədə qəbul olunsa da, Türkiyənin rifah və iqtisadi ittifaqda yer alması istənilmədi. Türkiyənin artan nüfuzu, dinamik inkişafı, potensialı və gənc əhalisi Avropa üçün fərqlilik yaradırdı və bu, müəyyən narahatlıqlara səbəb olurdu”.

 

Ə.Əlibəyli bildirib ki, bütün bunlara baxmayaraq, Türkiyədə aparılan hüquq islahatları da üzvlük üçün yetərli nəticə vermədi:

 

“Tarix göstərir ki, Avropa təhlükəsizlik sınaqları qarşısında Türkiyəyə ehtiyac duyur, lakin onu tam şəkildə qəbul etməkdən çəkinir. Bunun əsas səbəbi isə Avropanın daha geniş strateji hədəflərinin olmasıdır”.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Uşaqlığından bəri kor olmaq istəyən və gözlərinə kimyəvi maddələr tökən qadın - FOTO

Jewel Şupinq adlı qadın illərlə kor olmaq arzusu ilə yaşayıb. Gözləri tamamilə sağlam olsa da, özünü heç vaxt görmə qabiliyyətinə malik insan kimi hiss etməyib....

“Bəxşiş” kimi malikanələr: Milyonerlər üçün gizli şəhərin sakinləri necə yaşayır? - FOTOLAR

Los-Ancelesdən (ABŞ) 23 mil aralıda San Qabriel dağlarının ətəyində gözlərdən uzaq Bradberi şəhəri maraqlı gözlərdən gizlədilib, əyalətdəki sərtlik və həddindən...

Niyə fillər və balinalar kimi daha böyük heyvanların xərçəngə tutulma ehtimalı azdır?
Fillərin və ya balinaların xərçəng kimi ciddi xəstəliklərə tutulma ehtimalının bizdən daha az olduğunu eşitmək əvvəlcə bir az təəccüblü görünə bilər, elə deyilm...

Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi...

Başlıbel qətliamından 32 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.   Sfera.az xatırladır ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində ...

Arı sancması xalq arasında deyildiyi qədər faydalıdırmı?

Arı sancması dedikdə çoxumuzun ağlına əvvəlcə ağrı, sonra şişlik gəlir. Amma bunun şəfa mənbəyi olduğunu düşünənlər də var. Min illərdir istifadə edilən arı zəh...