Türkiyənin Ankara şəhərində ağır yol qəzası: yaralılar var

Dünya
20:29 / 03.03.2025
2617
Türkiyənin Ankara şəhərində ağır yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə Gölbaşı rayonunda qeydə alınıb.
Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus beton səddə çırpılıb.
Nəticədə avtobusun salonundakı 32 nəfərdən 16-sı yaralanıb. Onlardan beşinin durumu ağırdır.
Xəsarət alanlar xəstaxanaya yerləşdiriliblər.