Maşını izdihamın üzərinə sürdü: 2 ölü, 25 yaralı

Dünya
18:00 / 03.03.2025
3623
Almaniyanın qərbində yerləşən Mannheim şəhərində avtomobil izdihamın üzərinə sürülüb.
Sfera.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Hücum nəticəsində 2 nəfər ölüb, 25 nəfər isə xəsarət alıb. Xəsarət alan şəxslərin vəziyyətinin ağır olduğu vurğulanıb.
Qeyd edilib ki, avtomobilin sürücüsü saxlanılıb.
Polis Mannheim şəhər mərkəzini bağlayıb.