Bu ərazidə binalar söküləcək, sakinlərə pul veriləcək - AÇIQLAMA

Bu ərazidə binalar söküləcək, sakinlərə pul veriləcək - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıdakı bəzi binalar təmir olunacaq, bəziləri isə söküləcək. Birinci mərhələdə Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonlarında yerləşən yaşayış binaları təmir olunacaq. İkinci mərhələ isə Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarını əhatə edir.

 

Bəs həmin binalarda yaşayanların taleyi necə olacaq? 

 

Sfera.az xəbər verir ki, bu barədə Ajans.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev deyib ki, hazırda hər hansı binanın qəzalı olması ilə bağlı FHN-nin rəyi lazımdır: 

 

“Əgər varsa, o binalar özəl şirkətlər tərəfindən sökülərək yeni binalarla əvəzlənir. Bu zaman mənzil sahiblərinə yeni mənzilə köçənə qədər kirayə pulları ödənilir.

 

Hazırda Bakı şəhərində minlərlə istismar müddəti bitmiş çoxmənzilli yaşayış binaları var ki, onların hər birini söküb tikmək uzun illər tələb edir. Bu baxımdan çox qəzalı vəziyyətdə olmayan binaların yenidən restavrasiya olunması onların dayanıqlılığını artıracaq, ömürlərini uzadacaq.

 

 

Bu proses daha əvvəl başlamalı idi ki, həmin binalar daha da qəzalı vəziyyətə düşməsin. Bu binaların yenidən təmir olunması onların qiymətlərini də yüksəldəcək”.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə virus yayılır - Qadağa qüvvəyə mindi

Türkiyə xəstə heyvanların ətindən yoluxa bilən dabaq xəstəliyinin yayılması səbəbilə ölkədə bütün mal-qara bazarlarını müvəqqəti bağlamaq qərarına gəlib.  ...

Ermənistanda Rusiya telekanallarına qadağa qoyula bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını...

Rusiya Azərbaycana nota verib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".   Sfera.az xəbər verir k...

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşki...

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil ci...

Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanın hazırkı rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırır.    Sfera.az xəbər verir ki, &nb...