Aktyor əməliyyatdan sonra iflic oldu

16:20 / 03.03.2025
2826
Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev iflic olub.
Sfera.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında aktyorun qızı Leyla Rəhimli məlumat verib.
O bildirib ki, atası fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması - red.) diaqnozu ilə əməliyyat olunub.
"Əməliyyatdan sonra atam hərəkət qabiliyyətini tamamilə itirib. Hazırda müalicəsi xəstəxanada davam etdirilir", - deyə o qeyd edib.