Rusiya dayanmayacaq: “Trampın siyasəti böyük müharibələrə yol açacaq”

Rusiya dayanmayacaq: “Trampın siyasəti böyük müharibələrə yol açacaq”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mövqeyini ifadə edib. Lavrov deyib ki, Ukrayna ərazisində avropalı sülhməramlıların yerləşdirilməsinin tərəfdarı deyillər və Rusiya təmas xətti boyunca hərbi əməliyyatları dayandırmayacaq: “Bizim Rusiya Federasiyasının konstitusiyasında qeyd olunan ərazilərimiz var”.

 


Lavrovun açıqlamasından belə anlaşılır ki, Rusiya iddia etdiyi Ukrayna ərazilərini işğal etməyənə qədər əməliyyatları dayandırmayacaq. Belə olan halda münaqişə necə tənzimlənəcək? Rusiyanın tələbləri yerinə yetiriləcək?

 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri, Rusiyanın bu mövqeyini təbii qarşılanmalı olduğunu bildirib. Onun fikrincə, çünki ABŞ-nin bu müharibəni dayandırmaq üçün tətbiq etdiyi taktika belə bir vəziyyəti tələb edir.

 

 

N.Miri qeyd edib ki, əgər müharibənin dayandırılması üçün beynəlxalq hüquqa əsaslanan şərtlər olsaydı, burada hər hansı bir ikili yanaşmaya ehtiyac qalmazdı və Rusiya işğal etdiyi ərazilərdən qoşunlarını çəkməli idi: “Lakin belə bir yanaşma yoxdur. ABŞ isə müharibəni dayandırmaq üçün Rusiyanın bütün istəklərini yerinə yetirərək, həm öz geosiyasi nüfuzunu artırmaq, həm də Rusiyanı Çindən uzaqlaşdırmağa çalışır. Bu isə, politoloqun fikrincə, həm absurddur, həm də qeyri-real bir yanaşmadır”.

 

 

Politoloq, II Dünya Müharibəsində faşist Almaniyasını dayandırmaq üçün ABŞ və digər dövlətlərin təcavüzkarın nazı ilə oynamağını xatırladıb: “Bəli, bir yerə qədər təcavüzkarın nazı ilə oynadılar, hətta 1938-ci ildə sövdələşmə əsasında 1 güllə atılmadan Çexoslovakiyanın işğalına yol verdilər. Polşa da məhz bu cür xəyanətlə işğal olundu. Lakin, faşist Almaniyasını bu cür sövdələşmələr dayandırmadı və gücə qarşı daha böyük güc tətbiq edərək, alman ordusunu öz yerinə göndərdilər" - deyə qeyd edib.

 

 

Müsahibimiz əlavə edib ki, müharibələrin dayandırılması və işğalçının ədalətli şərtlərlə razılaşması üçün güc tətbiqi ilə mümkündür: “Diplomatiya yalnız işğalçı məğlub edildikdən sonra səmərə verir. Rusiya qarşısında geri çəkildikcə, daha böyük iddialar irəli sürəcək. Zelenskinin ABŞ-yə səfəri zamanı anlatmaq istədiyi məqam da məhz budur. Ancaq Tramp administrasiyası bu gerçəklərdən uzaq olduğuna görə, Amerika ictimai rəyində bu fikirlərin yer almasını istəmədi. Buna görə də təxribat yaranıb, günah Zelenskinin üzərinə atılmağa çalışılıb və ona təzyiq göstərilərək istefa etməsi tələb edilib".

 


N.Miri ABŞ-nin yanlış siyasət yürütdüyü qənaətindədir. "Bir səhv digər bir səhvlər düzəldilə bilməz. Yanlışlar yalnız doğru siyasətlə düzəldilir", - deyən politoloq qeyd edib ki, Ukrayna ordusu lazımi və tələb olunan səviyyədə silah və sursatla təmin olunsaydı, bu gün müharibə deyil, sülh mövzusu gündəmdə olardı: “Bu gün zərər çəkənin kimliyi bilindiyi halda, işğalçı müdafiə olunur. ABŞ-nin yaratdığı geosiyasi vəziyyətdən bəhrələnən Rusiya hədəflərini daha yüksək səviyyəyə qaldırıb. Tramp administrasiyasının siyasəti müharibəni bitirmək yox, daha böyük müharibələrə yol açacaq".

 


Bənövşə Həsənova


OXŞAR XƏBƏRLƏR

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...

4 900 abonentinin qaz təchizatı dayandırılacaq

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &ldq...

Sabah qızmar diskomfort hava şəraiti gözlənilir - RƏSMİ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilə...