ABŞ kəşfiyyatına təhlükə: Çin və Rusiya gözləyir ki....

ABŞ kəşfiyyatına təhlükə: Çin və Rusiya gözləyir ki....

ABŞ Prezidenti Donald Tramp İlon Maska tapşırıb ki, dövlət idarələrində işçilərin sayını azaltsın və bununla büdcə əlavə yükdən qurtulsun. Mask da bu vəzifəsini olduqca ciddi şəkildə yerinə yetirir. Hətta bu gedişlə az qala dövlət idarələrinin işçiləri yarıbayarı azalacaq. Tramp və Mask hesab edirlər ki, dövlət idarələrinin bir çoxunda işçilərin sadəcə adı var, pullar kimlərinsə cibinə gedir. Mask bunu müəyyənləşdirmək üçün rəhbərlik etdiyi Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti vasitəsilə dövlət idarələrinin hər bir işçisinə məktub göndərib. Məktubda işçi bir neçə sadə suala cavab verməlidir. Bu yanaşma isə dövlət idarələrində gərginlik yaradıb. İdarələrin bəziləri bu sualları cavablandırmaqdan imtina ediblər.

 

Bəs bu gərginliyin əsas səbəbi nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, gərginliyin yaranmasında əsas iki məqam var:

 

“Birincisi, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi kimi dövlət idarələrinin bir qrup işçisi məxfilik şəraitində çalışır. İlon Maskın tələbinə görə, onlar da suallara cavab verməlidir. Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmiləri isə rəqib dövlətlər olan Rusiya və Çinin bu yolla məxfi işçilər barədə sirlərə yiyələnə biləcəyindən ehtiyat edirlər. Çünki Rusiya və ya Çin kiberhücumlar vasitəsilə Maskın rəhbər olduğu idarədən məlumatları oğurlaya bilərlər. İkincisi, Maskın təşəbbüsləri Prezident Donald Trampın təyin etdiyi nazirlərin də narazılığına səbəb olub. Onların bir qismi işçilərinə tapşırıb ki, Maska heç bir məlumat verməsinlər. Bu vəziyyət dövlət idarələrinin işçiləri arasında ikitirəlik yaradıb. Müdir deyir, Maskın suallaraına cavab vermə, Prezidentin təyin etdiyi şəxs isə deyir ki, “suallar cavabsız qalarsa həmin işçi ixtisar ediləcək”. Bəzi işçilər Maskdan daha çox ehtiyat etdiklərinə görə, suallara cavab verməyə üstünlük veriblər. Çünki Tramp Maskın hər təşəbbüsünü dəstəkləyir”. 

 

E.Şahinoğlu qeyd edib ki, işçilərin ixtisarıyla bağlı ABŞ başqa bir problemlə üzləşib:

 

“Amerikanın “CNN” televiziya kanalı kəşfiyyat məlumatlarına dayanaraq işdən çıxarılanlara Rusiya və Çinin diqqəti artdığını bildirib. Rusiya və Çin ixtisara düşən işçilərin bir qismini ələ almağa çalışır. İşdən çıxarılanların bir qisminin ABŞ-nin kəşfiyyat məlumatlarına çıxış imkanları olub. Rusiya və Çin həmin məlumatları əldə etmək üçün ixtisara düşən keçmiş hökuməti işçisini yüksək maaşla ölkələrinə dəvət edirlər. Bu hallar keçmiş illərdə də olub. Misal üçün ABŞ-nin texnoloji şirkətlərində çalışanların bir qismi Çində yüksək maaşla çalışırlar. Çin Amerikada işdən çıxarılanları müəyyənləşdirmək üçün sosial platformaların gücündən istifadə edir. Aydındır ki, ixtisara düşən işçi özünü və ailəsini dolandırmaq məqsədilə sosial platformalardan iş elan verəcək. Çin və Rusiya da bu elan üzərindən həmin işçi ilə əlaqə saxlayacaq. Beləliklə, Donald Tramp və İlon Mask dövlət aparatının yükünü azaltmaq istəyərkən, ABŞ üçün daha böyük problem yaradıblar”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...

4 900 abonentinin qaz təchizatı dayandırılacaq

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &ldq...

Sabah qızmar diskomfort hava şəraiti gözlənilir - RƏSMİ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilə...