Martın 10-dan Votsap bu telefonlarda işləməyəcək

Martın 10-dan Votsap bu telefonlarda işləməyəcək

10 mart tarixindən etibarən köhnə əməliyyat sistemlərinə sahib cihazlarda Vatsap mesencerindən istifadə mümkün olmayacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə "Prufo" nəşri məlumat yayıb.

 

Bildirilib ki, Vatsap "Android 4.4 KitKat" və ondan əvvəlki versiyalarla çalışan cihazlarda əlçatan olmayacaq.

 

Bu, "LG Nexus 4", "Samsunq Qalaksi Not 2" və "Qalaksi S3", "HTC One X", "Optimus G" və "Motorola Moto G" (1-ci nəsil) kimi modellərə aiddir.

 

Bundan əlavə, iki ay sonra - 5 may tarixində - Vatsap "Ayfon 6" və "Ayfon 6 Plus" modellərində, həmçinin "iOS 15.1"dən aşağı versiyalara malik cihazlarda da fəaliyyətini dayandıracaq.

 

Şirkət bu qərarı köhnə proqram təminatı ilə tətbiqin uyğunlaşdırılmasının çətinləşməsi ilə izah edib.

 

Yeganə həll yolu - ya yeni bir cihaz almaq, ya da mövcud cihazın əməliyyat sistemini yeniləməkdir (əgər bu, texniki baxımdan mümkündürsə və istehsalçı tərəfindən dəstəklənirsə).

 

Mühüm məlumatların itirilməsinin qarşısını almaq üçün şirkət istifadəçilərə Vatsap çatlarının ehtiyat nüsxəsini yaratmağı tövsiyə edir: bunun üçün Vatsap ayarlarına daxil olun, "Çatlar" bölməsini seçin, "Quql Drayv" ("Android") və ya "iCloud" ("iOS") üzərindən ehtiyat nüsxəsini yadda saxlayın.


OXŞAR XƏBƏRLƏR

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...

4 900 abonentinin qaz təchizatı dayandırılacaq

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &ldq...

Sabah qızmar diskomfort hava şəraiti gözlənilir - RƏSMİ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilə...