"Green card" ləğv olunur, əvəzində bu kart satılacaq - Trampdan AÇIQLAMA

"Green card" ləğv olunur, əvəzində bu kart satılacaq - Trampdan AÇIQLAMA

ABŞ vətəndaşlığına yol olacaq “qızıl kart” satışa buraxılacaq.

 

Bu barədə ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə çıxışı zamanı məlumat verib.

 

“Qızıl kart" sahibinə yaşamaq və işləmək hüququ və vətəndaşlıq alma imkanı tanıyacaq. Bu təşəbbüs ABŞ-nin mövcud investor viza proqramının yerini alacaq.

 

Mövzu ilə bağlı  Sfera.az-a açıqlama verən politoloq Yalçın Hacızadə Trampın birinci hakimiyyəti dövründə xarici vətəndaşlara Amerikada yaşamaq hüququ verən və hər il uduş formasında keçirilən “Green card” proqramını dayandıracağını bildirib: 

 

"Tramp həmin proqram vasitəsilə ABŞ-də yaşamaq hüququ əldə edən şəxslərin əsasən “işçi kütləsi” olduğunu qeyd edib. Yenidən hakimiyyətə gəldikdən sonra isə həmin siyasəti dəyişməsi ilə bağlı konkret addımlar atmağa başlayıb. Əvvəlcə Amerikada təhsil alan şəxslərə “Green card” statusu verilməsini bildirsə də, dəyəri beş milyon ABŞ dolları məbləğində olan “qızıl kart” proqramını tətbiq edib. Bu proqramı tətbiq etməkdə məqsədi ölkəsinə investor və investisiya cəlb etmək və eyni zamanda, qızıl kart satışı vasitəsilə dövlət büdcəsinə gəlir daxil olmasına təmin etməkdir. 

 

"Varlılar bu kartla ölkəmizə gələcək, çoxlu pul xərcləyəcək, çoxlu vergi ödəyəcək və iş yerləri açacaq. Bunun son dərəcə uğurlu olacağını düşünürük",- deyə Tramp bildirib”. 


Politoloq vurğulayıb ki, bu zamana qədər bəzi Avropa ölkələri “qızıl kart” proqramını tətbiq etsələr də, bəziləri artıq bu layihənin digər vəsaitlar yaratdığına görə dayandırıb: "Çünki bu layihədən daha çox çirkli pulların yuyulması məqsədi ilə istifadə edildiyi bildirilir. Belə ki, həmin şəxslərdən “qızıl kartın” alınması üçün ödədiyi vəsaitin mənbəyi soruşulmayıb”.

 

Məlumat üçün bildirək ki, proqramın təfərrüatlarının yaxın iki həftə ərzində açıqlanacağını bildirən Tramp, "bir milyon kart satsaq, beş trilyon dollar edir, on milyon kart satsaq, əlli trilyon dollar edir. Otuz beş trilyon dollar borcumuz var, bu, yaxşı olardı, baxacağıq", - deyib.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə ağır qəza - Çox sayda xəsarət alan var

Türkiyədə yük maşını ilə tur avtobusu toqquşub, 13 nəfər yaralanıb.   Sfera.az xəbər verir ki, "Haber Global"ın məlumatına görə, hadis...

Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi "Instagram" hesabında Pasxa bayramı ilə bağlı paylaşım edib.   Sfera.az paylaşımı təqdim edi...

Zelenskidən atəşkəs qərarına REAKSİYA:

Rusiya cəbhədə tam sükuta hazır olsa, Ukrayna eyni şəkildə hərəkət edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski...

“Yasak Elma”nın aktrisası rəfiqəsini bıçaqlayıb öldürdü - FOTO

Türkiyəli aktrisa Sevil Akdağ mübahisə etdiyi sosial media fenomeni olan rəfiqəsi Elif Kıravı bıçaqlayaraq öldürüb.    Sfera.az xəbər verir ki, ...

Toydan 2 yaşlı uşağı oğurlayan şəxs saxlanıldı

Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilən toy mərasimindən 2 yaşlı qız uşağının oğurlanması barədə məlumatlar yayılıb.   Sfera.az-ın məl...

Kütləvi zəhərlənmə olan şadlıq sarayının administratoru danışdı- VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində kütləvi zəhərlənmə olub.    “Qafqa...