Məşhur cütlük ayrılır - "Fərqində olmadan zərər verirəm"

Məşhur cütlük ayrılır - "Fərqində olmadan zərər verirəm"

Narkotik istifadə etdiyi iddiasıyla saxlanılan və sonra sərbəst buraxılan sosial media fenomeni Dilan və Engin Polat cütlüyü ayrılmaq qərarına gəlib.  Dilan Polat ayrılmaq qərarını sosial media hesabında paylaşıb. 

 

Sfera.az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, Dilan Polat sosial media hesabındakı paylaşımında əri Engin Polatla yollarını ayırmaq qərarına gəldiyini açıqlayıb. 

 


Dilan Polat bildirib ki, bu birlik onlara zərər verir:

 

“Birlikdə zərər görürük. Deməli alınmır. Fərqində olmadan yaxşı niyyətimlə zərər verirəm. Hər kəsdən, hər şeydən uzaqlaşmaq istəyirəm. Artıq yaşamaq həvəsim yoxdur. Həyat yoldaşım Engin Polatla yolları ayırmağa qərar verdim". 

 


Sosial media hesablarını bağlayacağını bildirən Polat açıqlamasına bu sözləri də əlavə edib: "Mən heç kimə bilərək pislik etmək istəmirəm, sadəcə uzaqlaşmaq istəyirəm. Siz məndən hər şeyi aldınız: həyat sevincimi, həvəsimi, hər şeyi." Engin Polat sosial media hesabından verdiyi açıqlamada, "Həyat yoldaşım yalan xəbərlərdən çox təsirlənib. Biz bir ailəyik və hər şəraitdə bir-birimizə sıx bağlıyıq. Həyat yoldaşımla bir müddət burada olmayacağıq". 

 


Bəsti Rəfizadə
 


OXŞAR XƏBƏRLƏR

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...

4 900 abonentinin qaz təchizatı dayandırılacaq

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &ldq...

Sabah qızmar diskomfort hava şəraiti gözlənilir - RƏSMİ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilə...