Zelenski Trampla "barışır?" - Bu tarixdən...

Zelenski Trampla "barışır?" - Bu tarixdən...

NATO-nun Baş katibi Mark Rutte Ukrayna lideri Volodimir Zelenskiyə çağırış edərək Tramp administrasiyası ilə münasibətləri yaxşılaşdırmağa çağırıb. Həmçinin, Böyük Britaniyanın baş naziri də bunu istəyib. Lakin Zelenski münasibətləri düzəltmək təklifinə xoş yanaşmayıb.

 

Qərb ölkələri Rusiya-Ukrayna müharibəsində Kiyevin beynəlxalq arenada öz gücünü qoruyub saxlaması üçün lazımi dəstəyi göstərməkdən çəkinmir.
Zelenskinin bütün bu çağırışlara qarşı reaksiyası isə fərqli olub.

 

Mövcud şərtləri nəzərə alsaq, Zelenskinin Tramp administrasiyası ilə münasibətləri nizama sala bilməsi real görünə bilər?

 

Bu barədə Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov Böyük Britaniyada keçirilən Avropa ölkələrinin toplantısında müzakirə olunan əsas məsələlərdən birinin Avropa İttifaqının Ukraynaya yardım etməsi olduğunu deyib:

 

“Ukrayna Rusiyanın qarşısında davam gətirməli və sonda davamlı sülhə nail olunmalıdır. Amma Ukraynanın Rusiyanın qarşısında dayana bilməsi üçün təkcə Avropa İttifaqı ölkələrinin dəstəyi kifayət etmir. Bunu ABŞ-nin iştirakı olmadan həyata keçirmək mümkün deyil. Elə buna görə də Zelenskinin qarşısında Tramp administrasiyası ilə münasibətləri yaxşılaşdırmaq vəzifəsi qoyulub. Böyük Britaniyanın Baş naziri Kir Starmer də Zelenskini buna çağırıb. NATO-nun Baş katibi Mark Rutte də Zelenskini Trampla münasibətləri normallaşdırmağa dəvət edib”.

 

Politoloqun fikrincə, bu çağırışların nəticəsi kimi, Zelenski Böyük Britaniyada olduğu müddətdə ABŞ-lə müqavilə imzalayacaq:

 

“Bunu, Zelenskinin ABŞ-lə münasibətləri yaxşılaşdırmaq istiqamətində atdığı addım kimi də qiymətləndirmək olar. Lakin Ukrayna prezidentinin daha irəli gedəcəyi və Trampla münasibətləri düzəltməyə daha ciddi yanaşacağı barədə hələ ki məlumat yoxdur. Onun bu istiqamətdə təşəbbüs göstərməyə həvəssiz olması da söylənilənlər arasındadır. Lakin Zelenskinin istəyib-istəməməsindən asılı olmayaraq, bu məsələ onun qarşısına tələb kimi qoyularsa, başqa çıxış yolu olacağını düşünmürəm. Zelenski deyilənlərə qulaq asaraq Trampla münasibətləri düzəltmək istiqamətində addımlar atacaq. Amma Trampın Zelenskinin və Avropa İttifaqının ona yaxınlaşmaq təşəbbüslərini necə qarşılayacağı məlum deyil. Məsələnin əsas tərəfi Trampın göstərəcəyi reaksiyadır. Düşünürəm ki, həm Avropa İttifaqı, həm də Böyük Britaniya bu istiqamətdə Trampla müəyyən məsləhətləşmələr apararaq onu Zelenski ilə yenidən görüşməyə razı sala biləcəklər”.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

Uşaqlığından bəri kor olmaq istəyən və gözlərinə kimyəvi maddələr tökən qadın - FOTO

Jewel Şupinq adlı qadın illərlə kor olmaq arzusu ilə yaşayıb. Gözləri tamamilə sağlam olsa da, özünü heç vaxt görmə qabiliyyətinə malik insan kimi hiss etməyib....

“Bəxşiş” kimi malikanələr: Milyonerlər üçün gizli şəhərin sakinləri necə yaşayır? - FOTOLAR

Los-Ancelesdən (ABŞ) 23 mil aralıda San Qabriel dağlarının ətəyində gözlərdən uzaq Bradberi şəhəri maraqlı gözlərdən gizlədilib, əyalətdəki sərtlik və həddindən...

Niyə fillər və balinalar kimi daha böyük heyvanların xərçəngə tutulma ehtimalı azdır?
Fillərin və ya balinaların xərçəng kimi ciddi xəstəliklərə tutulma ehtimalının bizdən daha az olduğunu eşitmək əvvəlcə bir az təəccüblü görünə bilər, elə deyilm...

Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi...

Başlıbel qətliamından 32 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.   Sfera.az xatırladır ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində ...

Arı sancması xalq arasında deyildiyi qədər faydalıdırmı?

Arı sancması dedikdə çoxumuzun ağlına əvvəlcə ağrı, sonra şişlik gəlir. Amma bunun şəfa mənbəyi olduğunu düşünənlər də var. Min illərdir istifadə edilən arı zəh...