Ermənistanın tükənməyən terroru - Mina təhlükəsi necə sonlana bilər?

Ermənistanın tükənməyən terroru - Mina təhlükəsi necə sonlana bilər?

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  “X”dəki hesabında bildirib ki, Ermənistan Cənubi Qafqaz regionunda ən böyük mina istehsalçısı olaraq qalmaqda davam edir. O qeyd edib ki, 10 fevral 2020-ci il tarixindən 23 fevral 2025-ə qədər cəmi minadan əziyyət çəkənlərin sayı 383 olub, bunlardan 70-i həlak olub, 3013-ü isə xəsarət alıb. Zərərçəkənlər arasında mülki şəxslərdən 55-i həlak olub, 143-ü yaralanıb, hərbçilərdən isə 15-i həlak olub, 169-u xəsarət alıb.

 

Ümumilikdə, 1991-ci ildən bu günə kimi 3400 nəfərdən çox minadan zərərçəkən var. Onlardan 359 nəfəri azyaşlı və gənc, 38 nəfəri isə qadınlardır.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Kənan Novruzov bildirib ki, bu gün nəinki Azərbaycanın, ümumilikdə Cənubi Qafqazın əsas problemindən biri Ermənistandakı mina terrorudur. 

 

Politoloq qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin sürətlə minalardan təmizlənməsinə baxmayaraq, hələ də Azərbaycanın mina qurbanları olur, müntəzəm olaraq belə hadisələrə şahidlik edirik:

 

“Bu özlüyündə Ermənistanın ifşası və beynəlxalq hüquqa yanaşmasının təzahürüdür. Görünən odur ki, Ermənistan o əraziləri əvvəlcədən minalayıb. Bu da onu deməyə imkan verir ki, onlar əvvəlcədən Qarabağın Ermənistanın olmayacağını bilirdilər. Bəziləri isə müharibə dövründə basdırılan minalardır. Bu da Ermənistanın insanlıq əleyhinə bəşəri cinayətidir”.

 

Politoloq vurğulayıb ki, Ermənistan bu əməllərinə görə müvafiq məsuliyyətə cəlb olunmalıdır:

 

“Ermənistan Azərbaycana, ölkəmizdəki mülki şəxslərə və ekologiyamıza vurduğu  zərərə görə cavab verməlidir, təzminat ödəməlidir. Oxşar hadisələrdən çəkinməklə yanaşı, kompensasiya barədə də düşünməlidirlər. Onlar bu barədə düşünmədikcə və diplomatik formada daim utanc içində olmadıqca, növbəti təxribata və diversiyalara əl ata bilərlər. Bunun qarşısını almaq üçün mina terroru Damokl qılıncı kimi Ermənistanın başının üstündə olmalıdır”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

4 900 abonentinin qaz təchizatı dayandırılacaq

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &ldq...

Sabah qızmar diskomfort hava şəraiti gözlənilir - RƏSMİ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilə...

Astara rayon prokuroru ikinci səlahiyyət müddətinə təyin olunub

Astara rayon prokuroru ikinci səlahiyyət müddətinə təyin olunub.   Sfera.az-ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr ...

“Kapital Bank” 2025-ci ilin 2-ci rübü üzrə maliyyə nəticələrini elan etdi

Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 1 iyul 2025-ci il tarixinə 12.7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi is...

Səyyad Əlizadənin həyat yoldaşı efirə çıxdı - VİDEO

Mərhum müğənni Səyyad Əlizadənin həyat yoldaşı Kəmalə Əlizadə "Günaydın Azərbaycan" proqramına qatılıb.    Sfera.az xəbər verir ki, o,...

Nazirlər Kabineti kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi

Nazirlər Kabineti “2025-ci ildə kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” 4 oktyabr 2023-cü il tarixli qərarında...