ABŞ və Rusiya ordusunda gərginlik - Gələn ildən...

ABŞ və Rusiya ordusunda gərginlik - Gələn ildən...

ABŞ və Rusiyada ordu və müdafiə strukturlarında ciddi gərginliklər müşahidə olunur. 

 

Sfera.az bildirir ki, bu barədə Haber Global məlumat yayıb.


Kreml və Ağ Evə yaxın mənbələr bildirib ki, hər iki ölkədə yüksək rütbəli hərbçilərin səbəbsiz vəzifədən uzaqlaşdırılması bürokratik çevrələrdə narazılıq yaradıb.

 

Rusiyada Müdafiə Nazirliyində prezident Vladimir Putinə qarşı narazılığın qızışdırıldığı, ABŞ-də isə yüksək rütbəli hərbçilərin müdafiə naziri Pit Heqsetə qarşı büdcə mübarizəsinə hazırlaşdığı bildirilib.

 

Eyni zamanda, ABŞ-də generallar Konqres üzvlərindən nazirə qarşı tənqidi məktub yazmalarını istəyiblər. Onların 2026-cı il müdafiə büdcəsinin müzakirəsi zamanı Heqsetə açıq şəkildə etiraz edəcəkləri gözlənilir.

 

Rusiyada isə vəzifəsindən uzaqlaşdırılmış sabiq  müdafiə naziri Sergey Şoyquya yaxın şəxslərin Müdafiə Nazirliyində və orduda nüfuzlu fiqurları Putin əleyhinə birləşdirməyə çalışdığı iddia edilib.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...

4 900 abonentinin qaz təchizatı dayandırılacaq

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &ldq...

Sabah qızmar diskomfort hava şəraiti gözlənilir - RƏSMİ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilə...