Azərbaycanda Aliment Fondu yaradılacaq

Azərbaycanda Aliment Fondu yaradılacaq

Aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı şikayətlər çoxluq təşkil edib. Bir çox hallarda borclu barədə tələbin yönəldilə biləcəyi əmlak və ya gəlirlər aşkar edilmədiyindən və tələb könüllü icra olunmadığından məhkəmə qərarlarının icrasında çətinliklər yaranıb.

 

Sfera.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

 

Məruzədə bildirilib ki, bu, borclu şəxslərin məşğulluğunun təmin olunması məsələsində icbari yanaşmanın tətbiqini aktullaşdırır. Alimentin borclu tərəfindən vaxtında ödənilməməsi və ya ödənişdən boyun qaçırılması, yaxud da borclunun icra qurumlarından gizlənməsi müvafiq məhkəmə qərarlarının icra edilməsinə ciddi maneələr törədir.

 

“Qeyd olunanlarla bağlı bir sıra hallarda zəruri tədbirlərin görülməsi təmin edilsə də, ümumilikdə bu kimi məsələlər xüsusi narahatlıq doğurmaqdadır. Ombudsmanın əvvəlki illik məruzələrində Aliment Fondunun yaradılması ilə bağlı irəli sürdüyü təklif aktuallığını saxlamaqdadır. Xüsusilə də, son vaxtlar millət vəkilləri və bir sıra dövlət qurumları tərəfindən Ombudsmanın bu təklifinin dəstəklənməsi Aliment Fondunun yaradılmasının əhəmiyyətini bir daha önə çəkir”.


OXŞAR XƏBƏRLƏR

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...

4 900 abonentinin qaz təchizatı dayandırılacaq

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &ldq...

Sabah qızmar diskomfort hava şəraiti gözlənilir - RƏSMİ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilə...